Bu bürclərin nikahı mümkün deyil - VİDEO

Bu bürclərin nikahı mümkün deyil - VİDEO

İnsan xarakteri individualdır. Amma bir sıra məsələlər var ki, hansı bürc altında doğulmağımızın təsiri də olur. Məsələn bir neçə bürclər var ki, astrologiyaya görə onların ittifaqı mümkün deyil.

Bu haqda yazını təqdim edirik.

1.Qoç və xərçəng

Bu iki bürcün ittifaqı mümkün deyil. Çox vaxt xərçəng qayğı və sevgi istəyəndə, qoç özünü çox eqoistcəsinə aparır. Nəticə etibarilə ikisindən biri həmişə zərərçəkmiş qalır.

2. Buğa və Şir

Bu iki bürcün nümayəndəsinin münasibəti ona görə alınmır ki, hər ikisi qürurludur. Bu səbəbdən də aralarında mübahisələr yaranacaq. İki ehtiraslı bürcün ittifaqının sonu təəssüf ki, budur.

3. Əkizlər və Qız

Xarakterləriniz müxtəlifdir. Qızlar həmişə səliqə-sahman tərəfdarı olur. Əkizlərsə, qara at kimidirlər, heç vaxt əvvəlcədən plan qurmurlar. Odur ki, razılığa gəlməkləri mümkün deyil.

4. Xərçəng və Tərəzi

Kənardan elə görünür ki, bu iki bürcün nikahı ideal ola bilər. Əslində isə belə deyil. Xərçəng hər zaman doğmalarının qeydinə qalmaq istəyir. Tərəzi də ətrafındakıları xoşbəxt etmək arzusundadır. Bir-birindən qarşılıq gözləmədən o qədər çox qurban verəcəklər ki, bir gün öz şəxsiyyətlərini unutduqlarının fərqinə varacaqlar.

5. Oğlaq və Tərəzi

Oğlaqlar çox ciddi xarakterə malikdirlər. Öz məqsədləri uğrunda usanmadan zəhmət çəkirlər. Tərəzilər isə əyləncəyə, xoş zaman keçirməyə üstünlük verirlər. Odur ki, bir-birini anlamırlar.

6. Əqrəb və Dolça

Əqrəblər duyğulu və ehtiraslı olurlar. Dolçalar isə ağıllı və hissiyatsızdırlar. Birinci tərəf daim ürəyinin səsini dinlədiyi halda, ikincilər ağılla addım atırlar. Problemlər də buradan doğur.

7. Oxatan və Balıqlar

Oxatanlar məsuliyyəti və ciddi münasibətləri sevmirlər. Balıqlar isə məhəbbətə ənənəvi və həssas münasibət bəsləyirlər. Odur ki, bir-birinə istədikləri sevgini verə bilmirlər.\\Publika.az

Leyla Sarabi,

Video: Sevinc Xanqızı

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA