Bu dəfə elə bir həqiqət aşkara çıxdı ki... - YALANLAR BİTMİR!

Bu dəfə elə bir həqiqət aşkara çıxdı ki... - YALANLAR BİTMİR!

Hurriyyet.org xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Afrindəki terrorçulara qarşı apardığı “Zeytun budağı” əməliyyatı ilə bağlı sosial şəbəkələrdə qaralama kampaniyası aparan PKK bu dəfə özü öz yalanını üzə çıxarıb.

TSQ-nin Suriyanın şimal-qərbindəki Afrin bölgəsində PKK/PYD – YPG-yə qarşı aparılan əməliyyat zamanı çəkildiyi iddia edilən 3 fotonun keçmişdə çəkildiyi, müxtəlif hadisələrlə əlaqədar olduğu və onlardan birinin 2014-cü ildə PKK terror təşkilatına yaxın mətbuat orqanlarında istifadə edildiyi ortaya çıxıb.

“Tvitter”də “TSQ-nın mülki vətəndaşları hədəf aldığı” iddiası ilə paylaşılan uşaq fotosunun 2017-ci il avqustun 29-da Suriyanın şimalındakı Mare şəhərində ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin hücumu zamanı çəkildiyi bəlli olub. Sosial şəbəkələrdə “Afrində TSQ-yə məxsus hərbi təyyarə vuruldu” iddiası ilə paylaşılan fotonun, 2012-ci il martın 16-da Əfqanıstanda bir vertolyot qəzası zamanı çəkildiyi aşkara çıxıb.

“Tvitter”də çox paylaşılan “5 TSQ tankını məhv məhv edən şəxs” iddiası ilə təqdim edilən fotoqrafın isə iyulun 13-də təşkilat yaxin olan bir saytda “YPG inkişaf eləmiş antitank raketləri ilə İŞİD-ə cavab verir” başlığı ilə paylaşıldığı müəyyənləşdirilib. Beləliklə, “Zeytun budağı” əməliyyatına qarşı böhtan təbliğatı bu dəfə özü öz yalanını çıxarmış oldu.

“Anadolu Agentliyi”nin ifşa elədiyi sosial şəbəkədə təbliğat xəbərlərinin ardından, bu fotoları paylaşan istifadəçilərin bir qismi, izləyicilərinin etirazlarından sonra hesablarını bağlamış, bir qismi isə paylaşmalaarını silmişdi.

Hurriyyet.org

 

Loading...

QALEREYA