Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

  • 2019-04-12 11:29:32
  • |
  • Sosial /

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Qaradağ rayonunun bəzi ərazilərində yenidənqurma işləri ilə əlaqədar işıq olmayacaq.

Hurriyyet.org bildirir ki, "Azərişıq" ASC-dən verilən məlumata görə, bu gün saat 12.30-dan 16-00-dək 110 kv-luq 5-ci Xırdalan və 110/35/6 kv-luq 137 saylı yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ-sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılarından üzr istəyir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA