Bu gün MÜSƏLMAN DÜNYASINDA DAŞLAR YERİNDƏN OYNAYACAQ - Tramp Qüdslə bağlı qərarını rəsmən açıqlayacaq

Bu gün MÜSƏLMAN DÜNYASINDA DAŞLAR YERİNDƏN OYNAYACAQ - Tramp Qüdslə bağlı qərarını rəsmən açıqlayacaq

ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair qərarını bu gün rəsmən açıqlayacaq.

Hurriyyet.org xəbər verir ki, Ağ Evin mətbuat xidmətindən yayılan məlumata görə, Donald Tramp bu gün Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıdığına dair bəyanat verəcək: "6 dekabr tarixində Amerika Birləmiş Ştatları Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq".

Trampın müvafiq bəyanatı bu gün Bakı vaxtı ilə saat 22.00-da səsləndirəcəyi bildirilir. Xatırladaq ki, Tramp daha əvvəl dekabr ayının 5-də rəsmi qərarı elan edəcəyini bildirmişdi.

Qeyd edək ki, ərəb ölkələrinin liderləri ABŞ prezidentinin niyyətini tənqid ediblər, Aİ isə D.Trampın bu qərarının Yaxın Şərq probleminin həlli istiqamətində səylərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Hurriyyet.org

  • Hamısı
  • Loading...

    QALEREYA