Bu gün Rumıniyada Azərbaycan bayrağı dalğalana bilər

  • 2019-06-13 18:25:11
  • |
  • İdman /

Bu gün Rumıniyada Azərbaycan bayrağı dalğalana bilər

“Bu gün Rumıniyanın Buxarest şəhərində soydaşımız, kikboksinq üzrə dəfələrlə dünya, Avropa və Rusiya çempionu olmuş Xəyal Canıyevin növbəti döyüş qarşılaşması olacaq”.

Hurriyyet.org bildirir ki, bu barədə ittifaqın mətbuat katibi Anar Həsənov məlumat verib:

“Qeyd edək ki, Rusiya Azərbaycanlıları İttifaqı adından Buxarestdəki diasporumuzun rəhbəri Vaqif Həsənovla əlaqə saxlayıb, nüfuzlu idmançımıza azarkeşliyin təşkilində yardımçı olmasını xahiş etmişik. Buxarestdəki soydaş və həmvətənlilərimizin bu vacib idman hadisəsindən kənarda qalmayacağına ümid edirik. Arzu edirik ki, Yaradan Azərbaycan bayrağını bu gün Moskva vaxtı ilə 21:30 da baş tutacaq döyüş qarşılaşmasından sonra bir daha Xəyal Caniyevə dalğalandırmağı nəsib etsin”.

Bu gün Rumıniyada Azərbaycan bayrağı dalğalana bilər

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA