“Bu gün Venesuelada güclü etiraz aksiyaları gözlənilir” - TRAMP

  • 2019-01-30 16:09:00
  • |
  • Dünya /

“Bu gün Venesuelada güclü etiraz aksiyaları gözlənilir” - TRAMP

“Bu gün Venesuelada böyük etiraz aksiyasının keçiriləcəyi gözlənilir”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“ABŞ-ın sanksiyalarından sonra Maduro (Venesuela Prezidenti Nikolas Maduronu nəzərdə tutur-red.) Venesueladakı müxalifətlə görüşmək istədiyini bildirdi. Xuan Quaydo Venesuelanın Konstitusiya Məhkəməsi ilə təhdid edilir. Bu gün (yanvarın 30-da) böyük etiraz aksiyalarının keçiriləcəyi gözlənilir. ABŞ vətəndaşları ikinci əmrə qədər Venesuelaya səyahət etməsinlər”.

Xatırladaq ki, yanvarın 21-dən Venesuelada etiraz aksiyası keçirilir. Müxalifət lideri Xuan Quaydo özünün Venesuelanın müvvəqəti prezidenti elan edib. ABŞ Prezidenti Donald Tramp onu ölkə Prezidentinin səlahiyyətlərini müvvəqəti icra edən şəxs kimi tanıyıb.

Bundan başqa Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Qayana, Sent-Lüsi, Qvatemala və Peru Milli Assambleya sədri X.Quaydonu tanıdıqlarını və onu tam dəstəklədiklərini bildiriblər.

Bir müddət əvvəl Venesuel Prezidenti Nikolas Maduronun kiçik oğlu bidirmişdi ki, ABŞ ölkəsinə hərbi qüvvə tətbiq edəcəyi halda Ağ evi ələ keçirəcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA