Bu günədək Azərbaycanda hasil olunan neftin həcmi açıqlandı

Bu günədək Azərbaycanda hasil olunan neftin həcmi açıqlandı

Bu günədək Azərbaycanda 2,058 milyard ton neft hasil olunub.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, bu həcmdən 746 milyon tonu müstəqillik bərpa olunduqdan sonra hasil edilib:

"Hər gün Azərbaycanda 770 min barelə yaxın neft hasil olunur".

Nazir qeyd edib ki, Azərbaycan dünya neft bazarında mühüm yer tutur və Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə ilə də neft tədarük edir:

"Şahdəniz" yatağında qaz hasilatının başlaması ilə Azərbaycan qaz hasil edən ölkəyə çevrilib. Bundan başqa, Azərbaycan 2020-ci ildən "Cənub Qaz Dəhlizi" vasitəsi ilə Avropanı qazla təmin edəcək".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA