Bu iddia GÜNDƏMİ DƏYİŞDİRƏCƏK: türk professor erməni qadınlarla bağlı ŞOK HƏQİQƏTİ AÇDI

Bu iddia GÜNDƏMİ DƏYİŞDİRƏCƏK: türk professor erməni qadınlarla bağlı ŞOK HƏQİQƏTİ AÇDI

Qondarma erməni soyqırımı ilə bağlı İstanbulda keçiriləcək nümayişlərə qarşı lazımı tədbirlər görülməlidir.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bunu türkiyəli professor İbrahim Öztek bildirib.

"İmperalist dövlətlərin ərköyün xidmətçiləri olan ermənilər hər il olduğu kimi 24 aprel 2019-cu il tarixi üçün də bütün dünyada qondarma erməni soyqırımı mövzusunda hazırlıqlarını davam etdirməkdədir. O gün İstanbula da gələcəklər, Taksimdə, Beyoğluda, Haydarpaşada şamlar yandıracaqlar, şəkillər asacaklar, "türklər bir milyon yarım ermənini yox etdi” deyəcəklər, hər cür təhqiri gözümüzün içinə baxa-baxa edəcəklər. Bəlkə İstanbulda özlərinə yüksək səviyyəli işbirlikçiləri də tapacaqlar. Sonra da qollarını yelləyə-yelləyə gəldikləri kimi gedəcəklər. Bu insanların kimliyi və məqsədi aydındır, onlar bizim sərhədlərimizdən içəri buraxılmamalıdır”, - o deyib.

Professor həmçinin, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından dərhal geri çəkilməli olduğunu qeyd edib. Onun sözlərinə görə, TBMM Xocalı soyqırımının dünya daxilində tanınması ilə bağlı lazımı qərarlar qəbul etməli və onları icra etməlidir.

"İstanbulda türk uşaqlarına erməni qadınlar dayəlik edərkən, Ermənistanda erməni uşaqlarına Türkiyə və Azərbaycana qarşı düşmənçiliyin öyrədilməsinə son verəcək lazımı addımlar atılmalıdır”, - İbrahim Öztek vurğulayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA