“Bu il funt daha çox bahalaşacaq” – “Goldman Sachs”

“Bu il funt daha çox bahalaşacaq” – “Goldman Sachs”

ABŞ-ın aparıcı investisiya bankı “Goldman Sachs” 2019-cu ildə G-10 ölkələrinin pul vahidləri arasında ən çox funtun dəyər qazana biləcəyini proqnozlaşdırır.

Hurriyyet.org bu barədə “Report”a istinadən xəbər verir.

İngiltərə baş naziri Tereza Meyin “Brexit” planının keçən həftə uğursuz olmasının ardından ölkənin Avropa İttifaqında qalması ilə nəticələnə biləcək ikinci referendum ehtimalının artması ilə funt ardıcıl beş gün ərzində bahalaşıb.

Qeyd edək ki, baş nazirin bu gün parlamentdə “Brexit”lə bağlı yeni təklifini açıqlayacağı gözlənilir.

“Bloomberg” iqtisadçılarının fikrincə, funt 2019-cu ilin sonuna qədər 5%-dən çox dəyər qazanaraq dollar qarşısında 1,36 USD/GBP səviyyəsinə yüksələcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA