Bu işçilərin maaşları artırılacaq

  • 2018-11-07 12:13:55
  • |
  • Sosial /

Bu işçilərin maaşları artırılacaq

Bu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin 2019-cu ildə əmək haqlarının artırılması qərarı verilib.

Hurriyyet.org xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur:

“Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb”.

Nazir qeyd edib ki, eyni zamanda pensiya təminatı sahəsində,əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayarılması nəzərdə tutulub. /report/

Loading...

QALEREYA