Bu mənzərə hamını MAT QOYDU! - MAKRON...

  • 2019-06-07 18:09:10
  • |
  • Dünya /

Bu mənzərə hamını MAT QOYDU! - MAKRON...

Hurriyyet.org xəbər verir ki, Avropanın faşist işğalından xilas olmasında böyük əhəmiyyətə malik Normandiya əməliyyatının 75-ci ildönümü münasibəti ilə keçirilən mərasimdə iştirak eləmək üçün Fransaya getmiş ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makron ilə Kan valiliyində görüşüb. Tramp-Makron görüşü zamanı bir fotoşəkil diqqətləri cəlb edib.

Görüş zamanı prezidentlər oturduqdan sonra Makron ABŞ prezidentinə baxaraq onun əlini sıxıb. Trampın üzünün ifadəsi onun bu salamlaşmadan heç də məmnun olmadığını göstərib.

Mətbuatın çəkdiyi fotolarda Makronun Trampın əlini çox sərt şəkildə sıxdığı, bu səbəbdən də baş barmağının izinin qaldığı görünür.

Makron görüşlə bağlı açıqlamasında Fransanın ABŞ ilə güclü əlaqələrinin olduğunu və demokratiya təhdid halında ikən əlbir hərəkət etdiklərini bildirib.

Görüşdən sonra mətbuatda Makron ilə Tramp arasında gərgin bir söhbətin olub-olmadığı maraq mövzusu olub.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA