Bu ölkə prezidenti reanimasiyaya yerləşdirildi

Bu ölkə prezidenti reanimasiyaya yerləşdirildi

İsveçrənin Cenevrə şəhərində müalicə alan Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın vəziyyəti kritikdir.

Hurriyyet.org xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Agentliyə danışan mənbə 81 yaşlı dövlət başçısının Cenevrə Universitet Xəstəxanasının reanimasiya şöbəsində müalicə aldığı, ailəsinin də xəstəxanada gözlədiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Əlcəzair Prezident Adminstrasiyası Ə.Buteflikanın normal qaydada səhhətini yoxlatdırmaq üçün İsveçrəyə getdiyini açıqlayıb. 1999-cu ildən bəri 4-cü dəfədir prezidentlik edən Buteflikanın səhhətinin pis olmasına baxmayaraq 18 apreldə keçiriləcək seçkilərdə namizəd olması ölkə ərazisində etirazla qarşılanıb. \\Axar.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA