BU QƏDƏR DƏ YOX! - Avropa terrorçunu açıq-aşkar dəstəklədi

BU QƏDƏR DƏ YOX! - Avropa terrorçunu açıq-aşkar dəstəklədi

Hurriyyet.org xəbər verir ki, Çexiya PKK terror təşkilatının Suriyadakı şaxəsi PYD-nun başçısı Saleh Müslimin Türkiyəyə qaytarılması ilə bağlı bütün işlərin dayandırıldığını bildirib. Baş Prokurorluğun verdiyi bəyanatda Müslimün Çexiya ərazisində olmadığı səbəbindən Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı bütün proseslərin dayandırıldığı bəyan edilib.

Bu il fevralın 24-də, Türkiyənin tələbi ilə S.Müslim Çexiya polisi tərəfindən Praqa şəhərində həbs olunmuş, üç gün sonra Avropa İttifaqı topraqlarında qalması şərti ilə azadlığa buraxılan S.Müslim məhz həmin qərarla istədiyi Aİ ölkəsinə getmək hüququna malik olmuşdu.

Rəsmi Ankara isə terrorçular siyagısında qırmızı kateqoriyaya malik olan, Türkiyədə bir çox terror hadisələrinin təşkilində bilavasitə əli olan, tapılması üçün 4 milyon lirəlik mükafat təyin edilən Müslimin Türkiyəyə ekstradisiya edilməsini tələb edir.

Hurriyyet.org

Loading...

QALEREYA