“Bu qədər yaşayacağımı bilsəydim onu öldürməzdim” – Gəlinini güllələyən qayınata – VİDEO

“Bu qədər yaşayacağımı bilsəydim onu öldürməzdim” – Gəlinini güllələyən qayınata – VİDEO

ARB TV-nin “Rezonans” proqramı növbəti buraxılışında məhkum Hüseynəli İsmayılovun həyat hekayəsini yayımlayıb.

Hüseynəli İsmayılov – (Cəzası: 12 il): “Bahar bayramı keçmişdi, mart ayının 28-i gecə saatlarında nəvəm gəldi ki, baba ilaxır çərşənbədə sənə su saxlamışam. Bu sudan stəkana töküb iki qurtum içdim. Halım pisləşdi. Qıza dedim, anana, atana de, məni gözdən qoymasınlar, bəlkə sabaha çıxmadım. Səhər açıldı, bir nəfər gəlib mənimlə maraqlanmadı. Gəlin bazara gedəndə qapının səsi gəldi, çıxdım bayırda gözlədim, dedim mən bunu etməsəm heç kəs etməyəcək, onsuz da 1 həfətəyə qalmaram. Onu öldürməmiş ölməyim. Qayıdanda tüfənglə sinəsindən atəş açdım. İkinci atəşi havaya açdım ki, yuxuludurlar, oyansınlar. Tüfəng əlimdə gedib evdə oturdum ki, görüm kim gələcək? Polislər gəldi. Tutduğum işdən peşman deyiləm. Məhkəmədə hakimə dedim, 12 il azdır, 20 il elə. Yaşayacağıma ümidim yox idi, bilsəydim bu qədər yaşayacam heç onu öldürməzdim”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA