Bu şirkətlər qalib elan edildi – 2 milyondan artıq vəsait ödəniləcək

Bu şirkətlər qalib elan edildi – 2 milyondan artıq vəsait ödəniləcək

“AzInTelecom” MMC IPTV infrastrukturu, müxtəlif amperajlı stansiyalar və avtonəqliyyat vasitələrinin texniki xidmətinin satınalınması na dair 2 mln. 25 min 998,02 manat ümumi məbləğdə 3 müqavilə imzalayıb.

Bu barədə “İnterfaks-Azərbaycan”a cəmiyyətdən bildiriblər.

Xüsusilə, “AzInTelecom” IPTV infrastrukturun satınalınmasına dair «Digistol» MMC ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri 530 min 574,02 manatdır.

«Rovel Trading» şirkəti ilə 1460 ədəd müxtəlif amperajlı stansiya tipli akkumulyatorların satın alınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 940,824 min manatdır.

Bundan başqa, “Şərq Motors” MMC ilə istsimarda olan avtonəqliyyat və xüsusi texniki vasitələrin təmiri və texniki qulluq xidmətinin satın alınmasına dair müqavilə bağlanıb. Müqavilənin dəyəri – 554,6 min manatdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında yaradılıb. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və sair xidmətlərdən ibarətdir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA