“Bu sistemdən ilk dəfə İrana qarşı istifadə elədik” - ABŞ-dan AÇIQLAMA

  • 2019-07-23 14:23:13
  • |
  • Dünya /

“Bu sistemdən ilk dəfə İrana qarşı istifadə elədik” - ABŞ-dan AÇIQLAMA

Hurriyyet.org xəbər verir ki, ABŞ donanmasının Pilotsuz Uçuş Aparatlarına qarşı istehsal elədiyi yeni müdafiə sistemi ilə İrana məxsus dronu vurduğu iddia edilir.

Amerikada fəaliyyət göstərən “Military.com” adlı internet saytında dərc edilən və ABŞ MN tərəfindən təsdiq edilən xəbərə görə, Birləşmiş Ştatların istehsal elədiyi yeni “MRZR LMADIS” adlı PUO əleyhinə müdafiə sisteminin minlərlə metr uzaqdan İrana məxsus bir dronu vurduğu bildirlir.

Xəbərdə “USS Boxer” (USS Bokser) adlı amfibiya hücum gəmisi Hörmüzd boğazında ikən, İrana məxsus PUO-nun təhdid məsafəsinə yazınlaşdığı üçün vurulduğu iddia edilir. Kiçik bir hərbi cipə yüklənmiş olan elektronik hərbi sistemin quruda və dənizdə aparılan sınaqlardan sonra ilk dəfə real şəkildə istifadə edildiyi qeyd edilir.

İran isə bu iddianı rədd edərək, ABŞ-ın səhvən öz dronunu vurmuş ola biləcəyini bildirmişdi (https://hurriyyet.org/xeber/iran_trampin_aciqlamasini_yalanladi_yeqin_oz_dronlarini_vurublar).

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz