Bu sözlər Trampı çox HİDDƏTLƏNDİRƏCƏK

  • 2019-02-18 17:55:41
  • |
  • Dünya /

Bu sözlər Trampı çox HİDDƏTLƏNDİRƏCƏK

Almaniyadan Trampın “gəlin, terrorçularınızı aparın” çağırışına cavab

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Amerikanın Suriyadakı müttəfiqi olan YPG tərəfindən tutulmuş əcnəbi İŞİD terrorçularının vətəndaşı olduğu ölkələr, o cümlədən, Avropa ölkələri tərəfindən geri alınıb mühakimə edilməsi çağırışı Almaniyada narahatlıqla qarşılanıb.

Almaniyanın xarici işlər naziri Heyko Maas televiziyadakı bir verilişdə çıxışı zamanı verdiyi açıqlamada bu işin “həddən artıq çətin” olduğunu söyləyib.

Maasın sözlərinə görə, terrorçuları öz vətənlərinə yalnız onların dərhal həbs edilib məhkəmə qarşısına çıxacaqları şərti ilə qaytarmaq olar. Bunun üçün onların hüquq pozuntuları barəsində dolğun informasiyaya sahib olmaq lazımdır. Nazir bu məsələ ilə bağlı Berlinin Fransa və Böyük Britaniya ilə məsləhətləşdiyini bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA