“Bu tarixdən azərbaycanlılar Makedoniyaya vizasız gedəcəklər” - NAZİR

“Bu tarixdən azərbaycanlılar Makedoniyaya vizasız gedəcəklər” - NAZİR

Azərbaycan vətəndaşları 16 mart-15 sentyabr tarixlərinə qədər Şimali Makedoniya Respublikasına vizasız gedə bilərlər. Bundan sonra Azərbaycan vətəndaşları 6 ay ərzində ən azından 180 gün qala bilərlər. Qeyd edək ki, Makedoniya daha əvvəl də qısa müddətlik Azərbaycanla vizanı ləğv etmişdi.
Bu barədə məlumatı Hurriyyet.org-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

Şimali Makedoniya Respublikasının Xarici Sərmayə ilə İş üzrə naziri Elvin Həsən bildirib ki, Azərbaycan tərəfi də bunu tətbiq edərsə,əlaqələrimiz daha da inkişaf edər.
“Makedoniya höküməti olaraq bu addımı atdıq. Bundan çox məmnunuq. Əsas gözləntilərimiz Azərbaycan ilə dostluq əlaqələrinin qurulması və inkişafıdır. Vizaların aradan götürülməsi vətəndaşlarımızın iki ölkəyə səfərlərini asanlaşdıracaq. Həm də müxtəliflər sahələrdə əməkdaşlıqları gücləndirə bilər. Yatırımlar artdıqca əlaqələr daha da güclənəcək. Qardaş Azərbaycan ilə əlaqələrin inkişafı üçün atılan addımlar məni sevindirir”, - deyə nazir bildirib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA