“Bu təyinatlar hökumətin iqtisadi blokuna da təsir edəcək” - DEPUTAT

“Bu təyinatlar hökumətin iqtisadi blokuna da təsir edəcək” - DEPUTAT

“Cənab Prezident tərəfindən nazirlərin rotasiya üsulu ilə yerinin dəyişdirilməsi çox düzgün addımdır”.

Hurriyyet.org xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, millət vəkili Vahid Əhmədov deyib.

Ramil Usubov, Vilayət Eyvazov, Mədət Quliyev və Əli Nağıyev Azərbaycanın müstəqilliyi uğrunda kifayət qədər mübarizə aparıblar. Mən son addımları alqışlayıram. Bu vəzifə təyinatları hökumətin iqtisadi blokuna da təsir edəcək”, - V.Əhmədov əlavə edib. /report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA