“Bu torpaqlar Rusiyaya birləşməlidir” - JİRİNOVSKİ

  • 2018-10-15 15:14:12
  • |
  • Region /

“Bu torpaqlar Rusiyaya birləşməlidir” - JİRİNOVSKİ

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna Zaporojye vilayətinin sərhədlərinə qaytarmaqla hədələyib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, siyasətçi bu haqda Konstantinopol Patriarxlığının 1686-cı ildə verdiyi Moskva Patriarxlığının Ukraynaya mitropolit təyin etməsi haqqında qərarını ləğv etməsini şərh edərkən deyib.

“Rusiya Avropanın ən qədim dövlətlərindən biridir. Tarixlə oyunlar pisdir. Biz cavab olaraq Aleksey Mixayloviçin 1654-cü ildə Zaporojye kazaklarının rəhbəri Boqdan Xmelnitskinin xahişi ilə Rusiya təbəliyini qəbul etmə haqqında qərarını ləğv edə bilərik. Bu halda, Ukrayna Zaporojye kazaklarının məskən saldığı ərazilərin sərhədlərinə qayıtmalı olacaq. Bütün qalan ərazi Ukraynaya Rusiyanın tərkibində olduğu vaxt birləşdirilib və quberniyaların toplusunu təşkil edirdi və ümumiyyətlə, hətta Ukrayna adlanmırdı. Bu ərazilər Rusiyaya birləşməlidir”, - Jirinovski yekunlaşdırıb.

Loading...

QALEREYA