Bu uşaqlar cəmiyyət üçün hansı təhlükələr yaradacaq? - Surroqat ana və sperm bankı

Bu uşaqlar cəmiyyət üçün hansı təhlükələr yaradacaq? - Surroqat ana və sperm bankı

Son vaxtlar dünyada anası, yaxud da atası olmayan uşaqlar dünyaya gəlir. Belə ki, surroqat ana və sperm bankı vasitəsilə ailələr övlad sahibi olurlar. Bu da uşaqların ata və ya analarını tanımaması ilə nəticələnir.

Azərbaycanda da mübahisəli məqamlar olduğu üçün “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi uzun müddətdir təxirə salınırdı. Bir müddət əvvəl isə etiraz doğuran surroqat ana və sperma bankı məslələri layihədən çıxarıldı. Bunda Qafqaz Müsəlmanları İdarəsinin böyük rolu oldu. Bu məsələlər müzakirəsi gedərkən ölkəmizdə də sperm bankası vasitəsilə uşaq dünayaya gətirmək istəyənlər vardı. Məsələn, əməkdar artist Mehriban Xanlarova bir müddət əvvəl “Bizimləsən” verilişinə müraciət edərək süni mayalanma vasitəsilə ana olmaq istədiyini bildirmişdi. “Özümdə bu fikri topladım və həkimə dedim. Əgər lazım olsa, başqa bir ölkəyə də gedəcəm. Qadın tanıyıram ki, 56 yaşında ana olub. Bu, mənim şəxsi işimdir. Ana olaram və ya olmaram, ərə gedərəm və ya getmərəm, şəxsi işimdir”, - deyə xanım aktrisa açıqlama vermişdi.

Bəs bu cür uşaqların dünyaya gəlməsi gələcəkdə hansı psixoloji tramvalar yarada bilər? Ana, yaxud da atasının kimliyini bilməyən, onların qayğısından məhrum olan uşaqlar cəmiyyətdə hansı problemlərin yaranmasına səbəb olar?

Mövzu ilə əlaqədar psixoloq Orxan Fərəcli ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan O. Fərəcli məsələ ilə bağlı bu sözləri deyib:

“Hər cəmiyyətin psixologiyası fərqlidir. Azərbaycan cəmiyyəti üçün hazırda bu, problem ola bilər, xüsusəndə ananın, atanın bilinməməyi. Bütün hallarda əlbəttəki, bu, uşaq üçün də travmadır. Düşünürəm ki, müyyən vaxt keçdikdən sonra uşağa bunu izah etdikdə böyük travmalarla nəticələnməyə bilər. Başa salınsa ki, bu bir tibbi prosedurdur, bizim başqa yolumuz yox idi və s. Böyük problemlə rastlaşmarıq.

İstənilən normal ailədəndə cinayətkar çıxa bilər. Amma surroqat ana, sperm bankından doğulan uşaqların da sayı çox deyil. Bu yolla doğulan uşaqların hamısı cinayətkar olacaq deyə bir fikir yoxdur”.

Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənovla da əlaqə saxladıq:

“Artıq elm inkişaf edib. Artıq başqasının sperması ilə dünyaya uşaq gətirmək olur. Şəriət baxımından Allah da buyurur ki, evlənin. Evlənmək Allahın bizə buyurduğu əmrlərdəndir. Peyğəmbərimiz də buyurur ki, evlənmək ruzi bərəkət gətirir. Həmdə evlən şəxs məsuliyyət sahibi olur.

Lakin nikahdan kənar uşağın doğulması zina hesab olunur. Zina haqqında Quranda da çoxlu ayələr var. Zina, haram... Ümumiyyətlə dində buna icazə verilmir. Amma bu mövzu isə tam olaraq zina deyil. Bu mövzu çox çətin mövzudur. Belə uşaq sahibi olan insanları islami cəhətdən şərh etmək doğru deyil. Çünki onlar onsuz da, islam dini kimi bir dini qəbul etmirlər. Çünki müasir dövrdür. Bir yandan da ateizm cərəyanı artır. Gənclər də elmə köklənirlər. Onlara görə güya, din boş bir şeydir, mənasızdır. Yəqin bu qadınlar da özlərini müasir hesab edirlər. Onları din maraqlandırmır. Nəinki İslam, digər dinlər də onlar üçün maraqlı deyil. Əslində, bu, çox çətin mövzudur”.

Sabrina