“Bu vəzifəli şəxslərin əlindən özümüzü öldürmə həddinə çatmışıq” - ZƏRDAB SAKİNİ

“Bu vəzifəli şəxslərin əlindən özümüzü öldürmə həddinə çatmışıq” - ZƏRDAB SAKİNİ

“Evimiz sökülərsə, həyat yoldaşım, iki azyaşlı uşağım və özüm intihar edəcəyik”

Zərdab rayon Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən G.Mehdiyeva Ucar rayon Məhkəməsinin hakimi Hilal Xəlilovdan şikayətçidir:

“Mən Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızı, yazıb sizə bildirirəm ki, Ucar rayon Məhkəməsinin hakimi Hilal Xəlilov rüşvət alaraq, ailəmizin qanunu əmlakının sökülməsinə dair qanunsuz qətnamə çıxarmışdır. Bu, bəlkə də nəinki Azərbaycanda, heç dünyada belə, indiyə qədər baş verməmiş bir qanunsuzluqdur ki, Ucar rayon Məhkəməsinin hakimi Hilal Xəlilov etmişdir.

Ucar rayon Məhkəməsinin 2(063)-528/2018-saylı, 29 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyim apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsdlinin icraatındadır. Apellyasiya şikayətim üzrə 21 fevral 2019-cu il tarixdə məhkəmə baxışı keçiriləcək. Bu müraciətimi yazmaqda məqsədimiz apellyasiya şikayətimizə obyektiv baxılıb, ədalətli qərarın çıxarılmasına prezidentin kömək etməsini xahiş etməkdir. Çünki əgər Şəki Apellyasiya Məhkəməsinin hakimi ədalətli qərar çıxarmasa, biz ailəliklə həyat yoldaşım, iki azyaşlı uşağım və özüm intihar edəcəyik. Bunun isə məsuliyyəti bir başa, Zərdab rayon icra başçısı Lütvəli Babayevin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin, Ucar rayon Məhkəməsinin hakimi Hilal Xəlilovun və Şəki Apellyasiya Məhkəmsinin üzərinə düşəcək. Artıq belə qanunsuzluğa görə həyatımızdan bezmişik.

Diqqət edin ki, Ucar rayon Məhkəməsinin 2(063)-528/2018-saylı, 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə 1997-ci il tarixdə Aqrar İslahatlar zamanı bizim ailəyə verilmiş evin sökülməsini qət etmişdir. Həmin çoban evi qaynatam Mehdiyev Nəsrəddin Nəsir oğlunun ailə üzvülərinə əmlak payı olaraq dövlət tərəfindən 1997-ci il tarixdə verilib. Buna dair sənəd var ki, əslini Ucar rayon məhkəməsinə təqdim etmişdim. Ancaq bütün bunlara baxmayaraq Ucar rayon məhkəməsinin hakimi Hilal Xəlilov rüşvət alaraq Azərbaycan Respublikasının qanunlarını tapdadı, Heydər Əliyevin imzası ilə bizə verilmiş sənədə məhəl qoymadı.Bu isə hakim özbaşınalığı və cinayət hesab edilməlidir.Hakim Hilal Xəlilov nəzərə almadı ki, 1997-ci il tarixdə həmin çoban evi bizə verilən zaman Azərbaycan Respublikasında nə bələdiyyə yaranmamışdır, nədəki Dövlət Əmlak Komitəsi.

Həmin ev sovetlər dönəmində M.Müşfiq adına kolxozda çoban evi olub. Qaynatam Mehdiyev Nəsrəddin Nəsir oğlu həmin kolxozda çoban, qayınanam Mehdiyeva Səruzə İldırım qızı isə sağıcı işləyib. Onlar evlənib həmin evdə yaşayıblar. Həyat yoldaşım Mehdiyev Sarənc Nəsrəddin oğlu 1978-ci il tarixdə həmin evdə doğulub. 1997-ci il tarixdə Aqrar İslahatlar zamanı həmin çoban evi qaynatam Mehdiyev Nəsrəddin Nəsir oğlunun ailə üzvülərinə əmlak payı olaraq dövlət tərəfindən verilib. Buna dair sənəd var ki, surətini bu ərizəmə əlavə edirəm. 2004-cü il tarixdə Mehdiyev Sarənc Nəsrəddin oğlu ilə nigah bağlayıb həmin çoban evində ailə həyatı qurmuşam. Birgə nigahdan iki övladımız 2004-cü il tarixdə qızımız Günay, 2005-ci il tarixdə oğlumuz Səid dünyaya gəlib.

Bizim xəbərimiz olmadan evimizin yerləşdiyi torpaq sahəsinə reyestr çıxarışı alınaraq, Zərdab rayonu Məlikumudlu bələdiyyəsi Abdullayeva Nüşabə Ağalar qızına 25 illik müqavilə ilə icarəyə vermişdi. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, həmin torpağa dair 2018-ci il tarixdə reyestr çıxarışı vermişdir. Hansı ki, reyest çıxarışı verilməmişdən əvvəl həmin torpaq sahəsinə baxılmalı və maneə aktı tərtib edilməli idi. Bu prosedurları isə qanunsuz olaraq etməyiblər. Necə ola bilər ki, həmin torpaq sahəsinə baxış keçirilsin həmin ev gözə görsənməsin. Bu cinayət əməlidir ki, açıq-aşkar törədiblər. İndi isə həmin qanunsuz verilmiş reyestr sənədini əsas gətirən Abdullayeva Nüşabə Ağalar qızı məhkəmədə iddia qaldıraraq bizə məxsus qanunu sənədli evimizin sökülərək bizim ailənin oradan çıxarılmasını tələb edib.

Ucar rayon Məhkəməsinin 2(063)-528/2018-saylı, 29 noyabr 2018-ci il tarixli qanunsuz qətnaməsi ilə qətnaməsi ilə iddia təmin edildi. Hansı ki, Ucar rayon Məhkəməsinin hakimi Hilal Xəlilov ekspertin qarşısında sual qoyub həmin torpaq sahəsinin ilk olaraq kimə məxsus olmasını və kimin tərəfindən zəbt oluunmasını araşdırmalı idi. Bunları isə qəsdən etmədi rüşvət alıb qanunsuz qətnamə çıxartdı. Qanuna əsasən mülkiyyətin yerləşdiyi torpaq sahəsi bütün hallarda həmin əmlakın sahibinə satılmalı və ya icarəyə verilməlidir.Əmlakımız yerləşdiyi torpaq sahəsi satılan və ya icarəyə verilən zaman ilk olaraq bizə təklif edilməli idi. Ancaq bunların heç biri edilmədən bizə məlumat verilmədən əmlakımızın yerləşdiyi torpaq sahəsi başqa şəxsə icarəyə verilmiş, sənədləşdirilmişdir.

Artıq biz vəzifəli şəxslərin bu cinayət əməllərindən özümüzü öldürmə həddinə çatmışıq. Bunu Allahdan götürməz ki, qanuni əmlakımızın yerləşdiyi torpaq sahəsi bizim xəbərimiz olmadan qanunsuz olaraq başqasına verilib, ona dair reyestr çıxarışı alınsın və məhkəmə qanunu əmlakımızın sökülməsinə dair qətnamə çıxarsın. Əgər evimiz belə saxtakarlıqla qanunsuzluqla söküləcəksə, bizim ailə çöllərdə yaşamalı olacaq?

Yox, biz buna dözə bilmərik. Belə olan təqdirdə biz həmin evdə ailəliklə birlikdə özümüzü yandıracayıq ki, həmin hadisə dünyada ədalətin sinvoluna çevrilsin.

Ancaq hələki ümüdimizi üzməmişik, ona görə ki, inanırıq ki, Şəki Apellyasiya Məhkəməsində apellyasiya şikayətimizə obyektiv baxılacaq ekspertiza keçiriləcək həmin sözügüdən ərazini kimin zəbt etməsi, kimin sənədinin qanunu, kimin sənədinin qanunsuz olması subut olunacaq və ədalətli qətnamə çıxarılacaq.

Hörmətli prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva! Sizdən xahiş edirəm, apellyasiya şikayətimə ekspertiza keçirilərək, obyektiv baxılıb ədalətli qətanmə çıxarılmasına tapşırıq verəsiniz. Apellyasiya şikayətimiz üzrə ədalətli qətnamənin çıxarılmasına nail olmaqla siz 4 nəfəlik ailənin intihar etməsinin qarşısını alacaqsınız”.

Hazırladı: İ.SABİRQIZI, Hurriyyet.org

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA