“Bu, xalqımıza və dövlətimizə qarşı çox məkrli plandı” - POLİTOLOQ

“Bu, xalqımıza və dövlətimizə qarşı çox məkrli plandı” - POLİTOLOQ

“Ölkə daxilində Rusiyaya bağlı 5-ci kolon da bu proseslərə dəstək verir”

“1989-cu ildə Qarabağda Topxana meşəsini ermənilər zəbt edəndə provakasiyadı, təxribatdı deyildi. Onda da erməniləri Rusiya təhrik edirdi, ekstermistlər vasitəsi ilə Topxana ətrafında məsləni qızışdırırdılar. Azərbaycanlıları prosesdən uzaqlaşdırmağa çalışdılar. Oradakı azərbaycanlılardan ov tüfənglərini yığdılar ki, ermənilərə qarşı təxribata getməyin. Həmin təxribat 20% torpaqlarımızın işğalına gətirdi və hələ də bu təxribat cəbhə xəttində davam edir. Bu təxribatlar nəticəsində 40 minə yaxın şəhidimiz, bir milyon qaçqınımız var”. Hurriyyet.org xəbər verir ki, bu barədə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirib.

“Görəcəyik ki, Borçalıdan azərbaycanlıların kütləvi köçü baş verib”

M. Əsədullazadə qeyd edib ki, Gürcüstanla sərhəddə eyni analoji hal davam edir: “Eyni ssenaridi, ruslar gürcü eksterimistləri Keşişçidağa göndərib təxribat edirlər. Bizə də bu təxriabata getməyək deyilir. Nəticədə görəcəyik ki, Borçalıdan azərbaycanlıların kütləvi köçü baş verib, gürcülər oradakı azərbyacanlı kəndlərə hücümlar təşkil edir. Yenə də təxribata getməyək deyiləcək”.

“Bundan sonra, Gürcülər Zaqatala və Qaxa birləşdirilməsi üçün kütləvi sərhəddə axın edəcəklər”

M. Əsədullazadə vurğulayıb ki, Cənubi Qafqazda yeni ssenari hazırlanır: “90-cı illərin əvvələrində bizi ermənilərlərlə üz-üzə qoydular. Ssenari baş tutdu. İndi isə Kreml bizi gürcülərlərlə üz-üzə qoyur. Prosesdə erməni barmağı da var. Bu, təxribat deyil, böyük saraylarda işlənmiş xalqımıza və dövlətimizə qarşı çox məkrli plandı. Mütləq şəkildə provakotorlar güllələnməli, ərazilərimiz müdafiə olunmalıdır. Yoxsa belə getsə, Keşikçidağ məlum qüvvələr tərəfindən Gürcüstana güzəştə gediləcək. Bundan sonra Gürcülər Zaqatala və Qaxa birləşdirilməsi üçün kütləvi sərhəddə axın edəcəklər. Çünki Gürcüstanda Zaqatala və Qaxa qarşı ərazi iddiaları irəli sürülür. Gürcüstanda Bidzina İvanişvili partiyası Rusiya layihəsidir və regionda Rusiya maraqlarını müdafiə edir”.

“Rəsmi Bakının bu məsələlər ətrafında manipulyasiya siyasəti var”

Əsədullazadənin fikrincə, xalqımız ayıq-sayıq olmalı, Keşikçidağ ətrafında xalıqmıza qarşı bu məkrli planın qarşısını xalq olaraq almalıyıq: “Görünür, rəsmi Bakının bu məsələlər ətrafında manipulyasiya siyasəti var. Proseslərdə bir o qədər maraqlı görünmür. Ona görə də gürcü ekstermistlər əsgərimizin silahını alaraq özlərinə qarşı hər hansı bir güc tətbiq olunmamasından arxayın idillər. Hesab edirəm ki, ölkə daxilində Rusiyaya bağlı 5-ci kolon da bu proseslərə dəstək verir”,-deyə politoloq əlavə edib.

“Rəsmi Bakı Gürcüstan daxilində siyasətini artırmalı”

“Gürcüstan prezidenti Salome Zurabaşvili birbaşa bu provakasiyanın təşkilatçısıdır və rus-erməni lobbisinin və Kremlin geosiyasi maraqları konteksində Azərbaycana qarşı siyasət həyata keçirir. Rəsmi Bakı Gürcüstan daxilində siyasətini artırmalı, Saakaşvili qüvvələrinə diqqət etməli və dəstək verməlidir”,-deyə politoloq diqqətə çatdırıb.

Şamo EMİN, Hurriyyet. org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA