Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşdırılacaq

  • 2019-03-28 18:21:39
  • |
  • Sosial /

Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 81-ci km-dən Biləsuvar şəhərinə doğru ayrılan yolla hərəkət sabah səhər saatlarından qismən məhdudlaşdırılacaq.

Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Belə ki, məhdudiyyət 3-4 gün davam edəcək. Bu müddət ərzində sürücülər sözügedən istiqamət üzrə sıxlıq yaranmasın deyə alternativ olaraq magistral yolun 111-ci km-dən Cəlilabad şəhərinə doğru ayrılan yoldan istifadə etməklə Biləsuvar şəhərinə və əksinə hərəkət edə bilərlər.

"AAYDA yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir", - məlumatda qeyd olunub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA