Bu yolda hərəkət məhdudlaşdırılıb - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

  • 2019-03-23 12:48:17
  • |
  • Sosial /

Bu yolda hərəkət məhdudlaşdırılıb - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 23-ü səhər saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinindən verilən məlumata görə, məhdudlaşma sabah gün ərzində aradan qaldırılacaq. Nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA