“Buna nə ad vermək olar: qanunlara hörmətsizlik, ya xalqı aldatmaq?” - ƏBÜLFƏS QARAYEVƏ AÇIQ MƏKTUB

“Buna nə ad vermək olar: qanunlara hörmətsizlik, ya xalqı aldatmaq?” - ƏBÜLFƏS QARAYEVƏ AÇIQ MƏKTUB

“Haqqı danmaq imandan deyil”

(Məhəmməd peyğəmbər(ə.s.))

“Dövlət o zaman sarsılır ki, günahkar cəzasız qalır, günahsızsa cəzalandırılır”

Heydər Əliyev.

“Ən əsas problemimiz məmur özbaşınalığıdır”

(Ölkə prezidenti cənab İlham Əliyevin seçkiqabağı çıxışından).

Müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları məmur özbaşınalığına qarşı amansız mövqe tutmaqla, zəhmətkeşlərin şikayət və təkliflərini səsləndirməyi tövsiyə etmişdir.

Hörmətli Əbülfəs Mürsəl oğlu!

“Bir çox məsələləri mediadan öyrənirəm və dərhal reaksiya verirəm”: Bunu da ölkə başçısı möhtərəm İlham Əliyev bu günlərdə tele-kanallardan birinə verdiyi müsahibəsində deyib.

Yuxarıdakı kəlamların xatırlanması təsadüfi deyil və yəqin ki, şərhə ehtiyac yoxdur.

Bu müraciətin yaranma səbəbləri haqqında yəqin ki, xəbəriniz var; çünki artıq tam 1 ildir ki,“haqq incəlir və üzülmək dərəcəsinə çatır”...

Mövzu, əlbəttə ki, inkişaf dövrü yaşamayan və qapısı gənc rejissorların üzünə bərk-bərk bağlı olan, uşaqlar üçün keçirilən bayram şənlikləri və tamaşalarla daha çox yadda qalan mono-rejissor “stilli” Akademik Milli Dram Teatrıdır. Mehdi Məmmədovlar, Tofiq Kazımovlar, Ədil İsgəndərovlar yetirən xalq, təbii ki, Hökumə Qurbanovalar, Ələsgər Ələkbərovlar, Həsən Turabovlar... da yetirib və yetirmək iqtidarındadır: necə deyərlər “su gələn arxa bir də gələr”.

Problem nədədir? Açıq danışaq: hüquqi dildə “işəgötürən” adlandırılan “balaca padşah”ların şəxsi ambisiyalarında, yəni yüksək mənada incəsənətin-teatr sənətinin varlığını şəxsi ambisiyalara qurban verənlərdə:

Картинки по запросу Hörmətlə Nəcibə İlkin

Həyatda-hətta səhnədə belə istedadlı-istedadsız insanlar həmişə olub. Səhnə üçün yarananlar içərisində səhnəni tərk edənlər və ya buna təhrik edilənlər də bu günə kimi tarixi “təəccübləndirməyib”. Amma Akademik Milli Dram Teatrının səhnəsi artıq ƏDALƏTSİZliklə üz-üzədir. Əlbəttə yuxarıda adları çəkilən mərhum sənətkarların da, söz yox ki, şəxsi iddiaları yox deyildi. Amma bir əmrlə düşmən olduğu aktyoru işdən azad edib, növbəti əmrlə ona tarixi şəxsiyyət obrazını tapşıran və “başqası varmı?” deyən əfsanəvi Ədil İsgəndərovu xatırlayaq: onlar üçün SƏHNƏ müqəddəs idi. Bu gün Azərbaycan səhnəsində istedadlı insanlara “qapını göstərənlər”dən çox seçilirdilər. Çünki cılızlıq onlara yad idi.

Azdramada “soyqırım”ın xarakteri o biri teatrlara nisbətən fərqlidir: burada yaşlılara böyük hörmət –izzət var.Təkrarən bildirim ki, Ana Məbəddə direktorun “tı ne moy aktyor” deyib özünün “qara siyahısı”na saldığı aktyorlar–yəni işini səbəbsiz itirənlər həm də bu teatrın baş rejissoru və bədii rəhbəri Azərpaşa Nemətovun tələbəsi olmaq şərəfinə nail olmayanlardır.

Cənab nazir!

Heç şübhəsiz, bu faktlardan Siz də xəbərsiz deyilsiniz və düşünürəm ki, vaxtımı sərf edib bu müraciəti hazırlamaqla kəşf etmədim. Ana Məbəd istedadlı aktyor Hikmət Rəhimovu itirdi və buna bəhanə tapıldı. Azərbaycan səhnəsinin maraqlarını şəxsi marağından aşağı tutan A. Nemətovun bu haqsızlığına etiraz edən mərhum xalq artisti Fuad Poladov bu teatrı (və bu dünyanı) əbədi olaraq tərk etdi və Azdrama daha bir itkiyə məruz qaldı. Amma Ana Məbədin itkiləri bununla tamamlanmadı.

Respublikanın əməkdar artisti, xalqın sevimlisi ,”ən yaxşı kişi rolunun ifaçısı (Ukraynanın Dneprodzerjinsk şəhəri,2011) İlham Hüseynova “Sən kimsən? Səni tanımıram və səni burada görmürəm” deyərək, “öz xahişi ilə” ərizə yazdırılanda o, hələ “proqul” etməmişdi. Bir il ərzində aktyorun xəstəliyinə görə “müqəddəs” arzusuna çata bilməyən A.Nemətov onu “10 günlük proqul” kimi gülünc bəhanə ilə işdən çıxarır və bundan ötrü anlaşılmaz bir Həmkarlar İttifaqı təşkilatının 3-5 nəfərdən ibarət legitim olmayan qondarma “iclasını” çağırır (təəssüflər olsun ki, xalq artisti və bir çox titulları olan A. Nemətov bilmir ki, Hİ bütün dünyada işçinin hüquqları uğrunda işəgötürənlə mübarizə üçün yaranmış təşkilatdır, cəza aləti deyildir). Buna nə ad vermək olar: qanunlara hörmətsizlik, ya xalqı aldatmaq? Axı hamıya bəllidir ki, aktyor teatra (hər halda Azdramada daxili intizam qaydaları belədir) məşqi və ya tamaşası olanda gəlir. İndi tamaşalarda məşğul olmayan və aylarla oraya ayağı dəyməyən aktyorlar qarşısında bu nə deməkdir? A.Nemətovsa “qapını göstərmək”dən yorulmur: yüksək reytinqli, tamaşaçı sevgisindən xali olmayan -artıq xalq artisti Pərviz Məmmədrzayev (o Pərviz ki, 1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs almış, dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festival və seminarlarda iştirak etmişdir. Gürcüstanda keçirilən "Teatr+Video" festivalı, Rusiyada Azərbaycan Mədəniyyəti Günləri, Fransada Dədə Qorqud dastanın 1300 illik yubiley şənlikləri, Türkiyədə IV Ankara Teatr Festivalı, Bolqarıstanda "İfaçılıq sənəti yay akademiyası" seminarları, Gürcüstanda "Qızıl Maska" Beynəlxalq Teatr Festivalı, İranda I Beynəlxalq Pantomima Festivalı, Almaniyada "VIII – Unidram" Festivalı, Türkiyədə VI Ankara Teatr Festivalı, İranda "Dostluq" Teatr Festivalı, Misirdə Eksperimental Teatr Festivalı və bir sıra başqa beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil etmiş, Pantomima Teatrını bu ölkələrdə tanıtmışdır), gənclərdən Murad İsmayıl, Ülvi Həsənli, Adil Dəmirov ...hansını deyim? Budurmu ölkə başçısının adından susi istifadə edərək aparılan gənclər siyasəti? Akademik Milli Dram Teatrının direktoru 3-cü dərəcəli əlliliyi olan bir əməkdar artisti (İ.Hüseynov) tam səbəbsiz olaraq işdən çıxarır, digərini isə (H.Nəsirova) Prezident mükafatından məhrum edir (bu barədə “A.Nemətova açıq məktub”, “Aldanmış kəvakib”, “Yorulmuş atları güllələyirlər” və s. məqalələrdə dəfələrlə yazılıb).
Halbuki 2018-ci ildə vəfat edən N.Karaçintsev on üç il ərzində əlil arabasında olduğu müddətdə qanunpərəst ruslar tərəfindən “LenKom Teatrının əmək haqqına layiq görülmüş və onun teatra yalnız mövsüm açılışında gəlməsinə icazə verilmişdi.. Budur sənətə və sənətkara verilən qiymət. A. Nemətovsa xəstəlik müddətində səhnəyə çıxıb oynamaq iqtidarında olan əlili səbəbsiz antipatiyası əsasında “yararsız” adı ilə işdən çıxarır. Heç kimə sirr deyil ki, teatrların kassaları qarşısında uzun növbə yoxdur (heç qısası da yoxdur) və belə getsə aktyorların ardınca teatrların kassalarında cüzi əmək haqqı müqabilində çalışanlara “qapını göstərəcəklər”.
Bu günlərdə Gənc Tamaşaçılar Teatrının qocaman və xalqın sevgisini qazanmış aktyorların ştatdan uzaqlaşdırılması müqabilində “bu böyük ədalətsizlikdir” deyən professor İlham Rəhimli aşağıdakıları söylədi:
“Dünyanın heç bir teatrında aktyoru, ya rejissoru yaşının çoxluğuna görə işdən çıxarmırlar. Çünki teatrda (eləcə də həkimlər, müəllimlər, rəssamlar, elmi işçilər) əsas meyar istedad və işgüzarlıq qabiliyyətidir. Hansısa aktyor 30-40 yaşında da teatra yararsız ola bilər. Yaxud əksinə, hansısa aktyor 80-90 yaşında teatr üçün səmərə verə bilər... Gəlin unutmayaq ki, yaşlı-lakin yaradıcılığı teatra uğur gətirən aktyorun səsinin səhnədən gəlməsi mənsub olduğu sənət ocağının illər boyu formalaşan ənənəsinin layiqli davamı deməkdir. Təəssüflər olsun ki, son illər Azərbaycan aktyorları yaş senzi ilə (65) teatrdan uzaqlaşdırılmalı olurlar. Bu teatrlara qarşı ağlagəlməz məntiqə sığmayan münasibətdir. Adını da qoyurlar ki, təqaüdə çıxan aktyor gəlib müqavilə ilə oynaya bilər. Belə düşünənlər unudurlar ki, aktyorun teatrın ştatında olmaması balığın sudan çıxarılıb yarısına qədər su tökülmüş çəlləkdə yaşamağa məhkum edilməsinə bənzəyir.

Etik normaları addımbaşı pozan və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olmaqla, eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru kimi fəaliyyətində öz “sevimli”lərini xüsusi nəvazişlə əzizləyən, qarşısı boş qalan kassalarla bağlı heç bir irəliləyişə nail olmayan “Vətənə xidmətə görə” ordeninin daşıyıcısı Azər Paşa Nemətovla əmək müqaviləsi işdə yol verdiyi ədalətsizliklərdən və nöqsanlardan sonra daha 1 il müddətinə uzadılandan sonra bu müraciət barədə düşündüm.

Картинки по запросу Hörmətlə Nəcibə İlkin

Hörmətli Əbülfəs müəllim!

Təəssüf ki, rəhbərlik etdiyiniz nazirlik aparatında bu sahəyə bilavasitə rəhbərlik edən İsmayıl Hüseynov kimi məmurlar oraya pənah gətirən şikayətçiyə çəkinmədən ərz edirlər ki: “Nemətov istəməsə orada çalışmaq zordur”... (şərhsiz)

“Teatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxanda çox qayğısız, xoşbəxt insan kimi görünürlər, həmişə şəndirlər. Ancaq onların həyatının səhnə arxasında necə olmasını çoxları bilmir, heç təsəvvürlərinə də gətirmir. Mən bunları bilirəm. Ona görə də incəsənət adamlarını cəmiyyətdə çox yüksək tuturam...(Heydər Əliyev).

“.... Mən həmişə teatra bağlı və yaxın olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm...”

Bunu da Heydər Əliyev deyib. Və bu gün ümummilli lider aktyorların yeni yaradıcılıq uğurlarına ilhamlandırılması və yaradıcılıq şəraitindən bəhrələnməsi əvəzinə onların ruhi sarsıntılarla cüpbəcür iclaslarda ədalətsizliklə üz-üzə qoyulmasını görsəydi, əminliklə deyirik ki, buna yol verənləri ciddi cəzalandırardı.

Sözümü görkəmli dramaturq Əbdürəhim Bəy Haqverdiyevin fikirləri ilə tamamlayıram:

“Dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist üzünü unlayıb, acı həqiqətləri sənətin şəkəri ilə şirinləşdirib camaata yedirdir. Bu cəhətdən artistliyin yolları nə qədər ağır və tikanlı olsa da, qiymətlidir; çünki nəticəsi parlaqdır”.

Azərbaycan Respublikasının prezitenti və incəsənət sahəsində böyük uğurlara imza atan vitse-prezident-ölkənin birinci xanımı Mehriban xanım Əliyeva bu müddət ərzində xalqın yanında olduqlarını dəfələrlə büruzə etdirmişlər. Və bu səbəbdən də bir qrup sənətsevər ölkə başçısına müraciət etmək istəyi ilə hələlik səbrlə sizin iradə nümayiş etdirəcəyinizə inanır. Təbii ki, Ə. Haqverdiyevin nəzərdə tutduğu parlaq nəticə-teatr kassalarının qarşısında bilet üçün növbəyə duranların sıx sıralarından bəlli olur; ölkə rəhbərinin – ölkənin birinci xanımının adına teleqram vurmaq üçün imza toplayanların və teatrlar qarşısında etiraz əlaməti olaraq toplaşanların sıralarından yox.

Azərbaycan teatrının dəyərlərini qorumağı bacarmayanların ədalətsizlik toxumları səpilmiş yolu isə uzanmaqdadar:amma uzun yolu eninə də keçmək olar(Kamal Abdulla)...

Hörmətlə Nəcibə İlkin,

Prezident mükafatçısı,

“Azad qələm” qəzetinin baş redaktoru, AYB-nin, AJB-nin üzvü, şair-publisist

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA