“Bunları qətiyyən etməyin” – Ekspertdən məktəblilərlə bağlı xəbərdarlıq

“Bunları qətiyyən etməyin” – Ekspertdən məktəblilərlə bağlı xəbərdarlıq

Sentyabrın 16-dan məktəblərdə yeni dərs ili başlayıb. Uşaqların orqanizm və beyinlərinin ən sürətlə inkişaf etdiyi məktəb dövründə sağlam qidalanma çox vacibdir. Məktəblinin necə qidalanması və çantasında hansı qidaların olması, dərsdən evə qayıtdıqdan sonra nələr etməlidir? Bəzən məktəblilər “fastfood” da meyil edir, hətta həmin qidaları məktəbə də aparır. Bəs məktəblilər üçün hansı qidalar faydalıdır? Onlar necə qidalanmalıdır?

Mövzu ilə bağlı pediatr Vaqif Qarayev “Yeni Sabah”a açıqlama verib:

“Uşaq niyə kökəlir? Bizim bəlamız olan “fastfood”lar... Bu “fastfood” məhsulları həmçinin uşaqlarda onkoloji problemlər yaradır. Bir də rəngli, qazlı və şirin içkiləri uşaqlara qətiyyən vermək olmaz. Tərkibində kofein və s. müxtəlif zərərli maddələr var. Bu içkilər ürək-damar xəstəliklərinə, beyinə və psixoloji asılılığa səbəb olur. Tez-tez oxuyuruq ki, hər hansısa gənc qəfildən öldü. Bunun hamısının səbəbi bu energetik içkilərdir. Bu içkilər hamısı ürək döyüntüsünü artırı və aritremiya əmələ gətirir. Bizdə məktəblərin kənarında nə istəyirsən,satırlar, kababdan belə. Buna nəzarət olunmalıdır. Nə uşaq, nə də valideyn bu zərərli qidaları görməməlidir.

“Fastfood” qidaları içərisində ən çox sevilən yemək qızardılmış kartoflardır. Elə bir ana tapmaq olmaz ki, evində kartof qızartmasın. Mən birdəfə bununla bağlı yazı yazmışdım. Məni hətta söymüçdülər ki, mənim uşağım “fastfood”la böyüyür, amma çox sağlamdır, gündə bir hoqqa çıxarırsız və s. Sosial şəbəkələrin bir ziyanlı tərəfi də odur ki, yoluxucudur. Yəni elə “fastfood” satılan yerlərdə çəkilmiş şəkilləri görürlər, bunlarda ora gedir, şəkil paylaşır. Nə olur axı onda? Gənc valideynlərə səslənirəm, orada şəkil çəkdirməsən nə olacaq ki?”

O, uşaqların şirniyyatlardan uzaq tutulmasını da vacib bilir:

“Digər bir səbəb şirniyyata meyllilikdir. Burda valideyndə artıq şirniyyata meyllidir. Birdə görürsünüz ki, yazırlar ki, bir gün şirniyyat yeməsəm belə olaram, elə olaram, niyə axı? Sən mədəaltı vəzini zora salırsan axı. İnsan ac olanda insulin aşağı düşür. Sən gedib, şirniyyat yeyirsən, insulin ya normaya düşür, ya da yuxarı qalxır. Bu belə davam etdikcə onun fəlaiyyəti dalğavarı forma alır və beləliklə mədədaltı vəzi sıradan çıxır. Uşaqlar daha həssas olduqlarına görə, uşaqlarda bu öz təsirini daha tez göstərir. Düzdür, uşağı şirniyyatı məhrum etmək olmaz, amma aludəçisi etməyin”.

Tanınmış həkim uşaqların hərəkətsizliyindən də söhbət açıb və valideynlərə bəzi tövsiyyələr verib:

“Bəzi uşaqlar hətta çəkilərinə görə hərəkət belə edə bilmirlər. Valideyn elə uşaqları idmana, ən yaxşısı üzgüçülüyə qoysun. Bəzən uşaqlar bunu istəmir. Çünki o qədər oturaq həyata öyrəşib ki, ona belə daha rahatdır. Uşaqlarınızın qayğısına qalın. Hərəkətsizliyin digər səbəbi də bu saat dünyada ən böyük bəla olan kompüter və telefondur. Məsələn, bunu qarşısını almaq üçün uşaqları həyətə buraxın. Uşaq bu saat dərs oxumaq istəmir, səndə onu oynamağa qoymursan. Deməli, o da gedib telefonda saatlarla oynayacaq. Uşaqların əyləncəsi üçün alternativ bir şeylər tapmaq lazımdır. Uşaqlarımız tez-tez təmiz hava qəbul etməlidir fəsildən asılı olmayaraq”.