Burkino-Fasoda hərbi bazaya hücum nəticəsində 24 əsgər həlak olub

  • 2019-08-21 14:34:32
  • |
  • Dünya /

Burkino-Fasoda hərbi bazaya hücum nəticəsində 24 əsgər həlak olub

Burkino-Fasoda bir qrup silahlı Kutuqu şəhərindəki hərbi bazaya hücum edib.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, nəticədə 24 əsgər həlak olub, daha 7 hərbçi yaralanıb.

Hücum edənlərə qarşı quru və hava əməliyyatı başlayıb.

Qeyd edək ki, daha əvvəl ölkənin təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində 146 terrorçu zərərsizləşdirilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA