BURNU İLƏ KİTAB YAZDI: “Hamı məni əlil hesab edir!”

BURNU İLƏ KİTAB YAZDI: “Hamı məni əlil hesab edir!”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Aydın vilayətində yaşayan və anadangəlmə serebral beyin iflici xəstəsi olan 38 yaşlı Mustafa Erol 3 il əvvəl satışa çıxardığı “Hamı məni əlil hesab edir!” adlı hekayə kitabından sonra başqa bir əlilin həyatından bəhs edən ikinci kitabını yazmağa başlayıb.

Aydın vilayətinin Efeler rayonunda yaşayan, təqaüddə olan 64 yaşlı Mehmet Emin Erol və 58 yaşlı evdar qadın Hatice Erol cütlüyünün övladı olan sereblal iflic xəstəsi Mustafa Erol əllərindən və ayaqlarından istifadə edə bilməsə belə, etdikləri ilə görənləri heyran edir. Oxumağı evdə öyrənib. Sonra 1999-cu ildə ibtidai sinfi, ardından orta məktəbi və litseyi qiyabi şəkildə bitirib. Bundan sonra isə universitetdə imtahan verərək, Anadolu Universitetinin ictimaiyyətlə əlaqələr fakültəsinə qəbul olub və 2008-ci ildə ali təhsilini başa vurub. 2011-ci ild isə həmin universitetin biznes fakültəsini bitirib. Ardından bu il avqustun 26-da Adnan Menderes Universitetinin türk dili və ədəbiyyatı fakültəsindki təhsilini tamamlayıb.

“Hamı məni əlil hesab edir!” adlı, öz həyatından bəhs edən kitabını 7 il ərzində kompüter klaviaturasında yazıb. Kitabın yazılmasını 2016-cı ildə tamamlayıb.

Erol indi isə başqa bir əngəlli gəncin həyatından bəhs edən bir hekayə kitabı yazmağa başlayıb. Onun hədəfi elmlər doktoru olmaqdır.

“O bizim qürurumuzdur”

Hatice xanım oğlu ilə fəxr elədiklərini bildirib: “Mustafa anadangəlmə əlildir. Oxumağı evdə öyrənib. İlk dəfə kompüter almaq itədiyimiz zaman “belə halda istifadə edə bilməz” deyə fikirləşirdik. Amma o, israr elədi, biz də aldıq. Sonra isə burnu ilə yazmağa çalışdı. İlk vaxtlar çətin oldu, amma sonradan bacardı. Təhsilini də belə tamamladı. Əvvəlcə 7 il boyunca öz həyatından bəhs edən “Hamı məni əlil hesab edir” kitabını yazdı. Indi isə başqa bir əlil gəncin həyatından bəhs edən ikinci hekayə kitabını yazmağa başlayıb. Bu kitabdan sonrakı xəyalı roman yazmaqdır. Ailəsi olaraq, həmişə onun yanında olduq. Uğurlarında bizim də payımız ola bilər, amma daha çox öz uğurudur. Mustafanın bu uğurları əldə edəcəyinə inanmırdıq. Mustafa çox kitab oxuyur. İndiyə qədər 500 ədədə yaxın müxtəlif kitab oxuyub. O bizim hər şeyimizdir”.

Hatice ana əlil uşaqların ailələrini övladlarını dəstəkləməyə, heç bir zaman ruhdan düşməməyə çağırıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA