Bürokrativ səhv, yoxsa düşünülmüş həmlə? - Zərifin yerinə, general Süleymaninin Əsədlə görüşməsi ilə yaranan küskünlük

  • 2019-03-06 10:43:52
  • |
  • Region /

Bürokrativ səhv, yoxsa düşünülmüş həmlə? - Zərifin yerinə, general Süleymaninin Əsədlə görüşməsi ilə yaranan küskünlük

Babək Depqanpişe

“Reuters”, 05.03.2019

Qasim Süleymaninin İrandakı siyasi böhranda rolu uzun illər gözə dəymədən vətənində ünlü statusu əldə edən İnqilab Keşikçilərinin “Qüds” Qüvvələri liderinin nüfuzunu vurğulayır.

Xarici işlər naziri Məhəmməd Cavad Zərifin ötən həftə istefasını prezident Həsən Ruhani rədd edib. Ancaq Suriya prezidenti Bəşər Əsədlə görüşlərdə Zərifin yoxluğu və Süleymaninin iştirakı ilə yaranmış gərginlik hələ də açıq-aşkar görünür.

Süleymaninin “Qüds” Qüvvələri İran sərhədləri xaricində əməliyyatlar həyata keçirməklə vəzifələndirilib. O, 2011-ci ildən bəri müharibədə məğlubiyyətə yaxın olan Əsədə dəstək verib və İraqdakı İŞİD-in çökdürülməsində şiə milislərə kömək edib.

Bu uğurlar sayəsində Süleymani İranın Yaxın Şərqdəki nüfuzunun sabit yayılışına nail olub. ABŞ və Tehranın bölgə rəqibləri, o cümlədən Səudiyyə Ərəbistanı və İsrail onu çəkindirməyə çalışıblar.

Xamnəi 1998-ci ildə Süleymanini “Qüds” Qüvvələrinin başçısı təyin edib. O, İranın Livanda “Hizbullah”, Əsəd hökuməti və İraqda şiə qrupları ilə əlaqələrini gücləndirərək, illər boyu kölgədə qalıb.

Son bir neçə ildə o, daha açıq ictimai şəxsə çevrilib. İraq və Suriyadakı döyüşçülər və komandirlər döyüş sahəsində çəkilmiş fotoları ictimai mediada tez-tez yerləşdiriblər.

“Süleymani əməliyyat lideridir. O, ofisdə çalışan adam deyil. Qoşunları yoxlamaq və döyüşü görmək üçün cəbhəyə gedir “, – İraqın keçmiş yüksək vəzifəli şəxsi anonimlik şərti ilə deyib.

2014-cü ildə iraqlı milislər Süleymaninin İŞİD-ə qarşı mübarizəni əks etdirən bir musiqili video yayıblar və dövlət mətbuatı onun hərbi qələbələrini öyən klipi nümayiş etdirib.

“O, yalnız Ali Rəhbərin əmrinə tabedir. Pul lazımdırsa, pul alır. Silah-sursata ehtiyac varsa, silah-sursat alır. Maddi tələbatı daim ödənilir”, – İraqın keçmiş rəsmisi bildirib.

Zərif istefa verdikdən sonra Süleymani nadir bir bəyanat verib. Onun sözlərinə görə, Zərifin görüşə dəvət olunmaması “bürokratik səhv”dir və xarici işlər naziri Xamnəi tərəfindən dəstəklənir.

İranın İSNA Agentliyi Xarici İşlər Nazirliyinin Əsədin səfərindən məlumatlandırılmadığını bildirib. Nazirlik sözçüsü Bəhram Qasiminin sözlərinə görə, istefanın məqsədi İranın diplomatik sistemini layiqli yerinə qaytarmaq olub.

İslam Respublikasının siyasətində əsas rol oynayan İnqilab Keşikçiləri ilə mötədil hökumət arasında küskünlük qeyri-adi ictimai təzahürdür.

İran işlərində bilikli regional rəsmi bildirib ki, Xarici İşlər Nazirliyi və “Qüds” Qüvvələrinin Suriyaya ilə bağlı mübahisələri var. Üstəlik, Donald Tramp nüvə sazişindən çıxdıqdan sonra Avropaya hökumətlərinə də şübhə ilə yanaşılır. Xamnəi bu şübhələri açıq ifadə edib.

General Süleymaninin “Qüds” Qüvvələri kəşfiyyat məlumatları toplama və gizli hərbi əməliyyatlara cavabdehdir və ötən ilin yayında o, Trampa açıq şəkildə meydan oxuyub.

“Mən deyirəm ki, cənab Tramp, siz qumarbazsınız, bilin ki, siz harada olsanız, mən də orada olacağam, – deyən Süleymani ona barmaq yelləyib. – Siz müharibəyə başlayacaqsınız, amma biz onu bitirəcəyik”.

…”New York Times” qəzetinin xəbərinə görə, Səudiyyə kəşfiyyat rəsmiləri 2017-ci ildə Süleymaniyə sui-qəsd ehtimalına nəzərdən keçiriblər. İsrail hərbi rəsmiləri isə onu hədəf alma ehtimalını açıq şəkildə müzakirə edirlər.

Tərcümə: Strateq.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA