Üç Qərb nəhənginin HİYLƏGƏR PLANI: 3 variant ilə... - Türkiyəyə qarşı YENİ HƏMLƏ

Üç Qərb nəhənginin HİYLƏGƏR PLANI: 3 variant ilə... - Türkiyəyə qarşı YENİ HƏMLƏ

ABŞ-ın Suriyanın şimalında təhlükəsiz zona üçün Türkiyəyə təklif etməyi düşündüyü 3 ayrı planın detalları məlum olub.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, “Haber7” saytının yazarı Taha Dağlının sözlərinə görə, planlar təhlükəsiz zonada türk, ingilis və fransız qoşunlarını, peşmərgə gücləri və müxalif ərəb döyüşçülərinin yerləşdirilməsini nəzərdə tutur.

“Təhlükəsiz zonanın sərhədləri bəllidir. Suriyanın şimalında 32 kilometr enində 460 kilometrlik təhlükəsiz zona qurulacaq. Lakin bu bölgəyə kim nəzarət edəcək? Bu sualın cavabı üçün ABŞ bir sıra planlar üzərində düşünür. Vaşinqtonda üç variant var. Bu 3 variantdan heç birində PKK terror təşkilatına yer yoxdur. Amerikanı PKK-sız bir zonanın qurulmasına məcbur edən güc əlbəttə, Türkiyənin qərarlı duruşudur. Fəratın şərqində əməliyyat üçün elə genişmiqyaslı hərbi təchizat toplandı ki, Türkiyənin bu mövzudakı qərarlılığını hamı gördü. Bu nöqtədən sonra ABŞ PKK-nı sərhəddə saxlayaraq risk etmək istəmir”, - o yazıb.

Birinci plana gəlincə, Taha Dağlıq hesab edir ki, ABŞ təhlükəsiz zonanı yalnız Türkiyə və Azad Suriya Ordusunun nəzarətinə vermək istəmədiyi üçün ingilis və fransız əsgərlərini də bölgəyə yerləşdirmək istəyir.

İkinci plan Şimali İraq kürd muxtariyyətinə yaxınlığı ilə tanınan və “Rojava Pesmərgəsi” adlandırılan qrupların təhlükəsiz zonada yerləşdirilməsidir. Təhlükəsiz zonanın Azad Suruya Ordusu tərzi, amma Türkiyənin birbaşa nəzarətində olmayan, daha çox ABŞ-ın formalaşdırıb dəstəklədiyi Suriyanın müxalif ərəb döyüşçülərə verilməsi üçüncü plandır.

“Təbii ki, ən əhəmiyyətlisi, Türkiyənin nə deyəcəyidir. Türkiyə razılıq vermədən bu planların həyata keçməsi çətindir. Sərhəddə hərbi əməliyyat üçün hazır gözləyən tərəf Türkiyədir. Türkiyə üçün təhlükəsiz bölgə mövzusunda da “qırmızı xət”lər var. PKK terrorçuları və bunlarla bağlı heç bir qrup bu zonada olmayacaq. Təhlükəsiz zonadakı nəzarət mexanizminə Türkiyə mütləq daxil olacaq”, - yazar bildirib.

Onun sözlərinə görə, PKK-PYD terrorçularının Türkiyə sərhədlərindən çıxarılması ABŞ-ın PKK ilə ittifaqdan vaz keçdiyi anlamına gəlmir.

“Onlar terrorçularla nə etməyi planlaşdırırlarsa, bunu sərhədlərimizdən bir az uzaqda edəcəklər. Nəticədə, ABŞ siyasətində vazkeçilməz bəzi məqamlar var. İraqdan gəlib Hələbə gedən M4 avtomobil, M4 avtomagistralı və İraqdan gəlib İordaniyaya qədər uzanan M20 avtomobil yolu kimi. Və ya enerji və tranzit marşrutlarının olduğu Deyr-ez-Zor şəhəri kimi. Bütün bu yerlər PKK-sız təhlükəsiz zonadan kənarda qalır”, - Taha Dağlı yekunlaşdırıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA