Cadugərlərin ümidinə qalan Putin - “İfritə mərasimi” keçirilib - VİDEO

Cadugərlərin ümidinə qalan Putin - “İfritə mərasimi” keçirilib - VİDEO

Rusiya cadugərləri prezident Vladimir Putinə dəstək məqsədi ilə xüsusi mərasim təşkil ediblər.

Hurriyyet.org yenicag.ru-ya istinadən xəbər verir ki, Rusiyanın “Ən güclü ifritələr imperiyası” təşkilatının üzvləri prezident Vladimir Putinin onların dəstəyinə ehtiyacı olduğunu bəyan ediblər.

Onların fikrincə, Putin son seçkilərdə 77 faiz səs toplasa da, dövlət başçısının magik dəstəyə ehtiyacı var.

Məlumata görə, təşkilatda bir araya gələn cadugərlər fevralın 5-də Moskvadakı xüsusi iqamətgahda mərasim təşkil ediblər.

Cadugərlərin həmin mərasimdə səsləndirdikləri ovsundan biri belə olub:
“Eşidənlər və eşitməyənlər, görənlər və görməyənlər, ölənlər, olanlar və olacaqlar – bu dediklərimi unutmayacaqlar – Rusiyanın qüdrəti, böyü və mənim sözümlə Vladimir Putinə ən doğru yolu göstər”.

Mərasim zalında Rusiya prezidentinin və digər şəxslərin portretləri olmayıb, qara plaş geyən cadugərlər isə əllərində kitab tutaraq, dövrə vurublar.

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA