“Öcalanın dilindən verilən mesajla yeni prosesin anonsu verilib”

  • 2019-05-13 16:30:23
  • |
  • Region /

“Öcalanın dilindən verilən mesajla yeni prosesin anonsu verilib”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Baş Qərargahının keçmiş kəşfiyyat rəsisi, təqaüddə olan general Hakkı Pekin Suriyadakı danışıqlar barəsində belə deyib: “Fərat çayının qərbi məsələsi İdlib, Tel Rüfət, Menbiç də daxil olmaqla, Rusiya və hətta Suriya ilə əməkdaşlıq edərək həll olunacaq. Fərat çayının şərqi də böyük ehtimalla ABŞ-ın təhlükəsiz bölgə yaratmaq planı ilə həll ediləcək. Əldə edilən son məlumatlara görə, təhlükəsiz bölgə məsələsi ilə bağlı ABŞ ilə aparılan danışıqlarda aradakı anlaşılmazlığın getdikcə azalması göz önündədir. Prosesi təqib edəcəyik. İdlib məsələsi Deyr-əz Zor və Hasekedə baş verənlərdən daha mühümdür”.

Haseke və Deyr-əz Zorda ərəb tayfalarının YPG-ni istəmədiklərindən əvvəldən xəbərdar olduğunu deyən Pekin bunun Suriyanın ərazi bütövlüyü baxımından mühüm olduğunu qeyd edib. Terrorçuların başçısı Abdullah Öcalanın ötən həftə ortaya çıxmış məktubundakı ifadələri diqqətə çatdıran Pekin verilən mesajın bölgədə yeni bir prosesin siqnalları olduğunu bildirərək deyib: “Orada Türkiyənin mənfəətlərini də nəzərə alaraq hərəkət edilməlidir” ifadəsi var. Bu, yeni bir prosesin, o bölgə ilə bağlı yeni bir strategiyanın tətbiq olunmasının başlanması deməkdir. Son zamandalarda PKK-nın bombalanması hadisələri artıb. Mesaj bununla bağlıdır. Bu, Öcalandan istifadə edilməsidir. Onun ağzı ilə həm Türkiyə içərisindəki, həm də Türkiyə xaricindəki regionlarda kürdləri rahatlaşdırmaq deməkdir. İndi mesajları verir. Yeni proses dediyimiz zaman Türkiyənin içərisindəki siyasi hadisələri də daxil edə bilərik. İstanbuldakı seçkilərlə də bağlı ola bilər. Qarşımızdakı dövrdə terrorçuların başçısı Öcalanın bu ifadəsi Suriyada, Fərat çayının şərqində, həm də daxildə Türkiyə üçün bir sıra dəyişikliklərin olması deməkdir. Həbsdə olanların buraxılması kimi. Zatən “artıq problem yaratmayın” deyir. Kürd vətəndaşları iqtidarın tərəfinə çəkməyə çalışır”.

İsmail Hakkı Pekin, terrorçuların başçısı Öcalanın mesajına diqqətlə yanaşılmasının lazım gəldiyini, bunun səbəbinin isə SDQ-nin bir həftə əvvəl kürd tayfaları ilə keçirdiyi iclasda eyni mesajların verildiyini deyib. Pekin deyib: “Bu, hətta Fərat çayının şərq sahili üçün Türkiyə-ABŞ yanaşmalarının bir-birinə yaxınlaşmasının da göstəricisidir. SDQ-nin də həmin iclasda eyni şeyləri söyləməsi bir baxımdan buna işarədir. Yeni bir proses başlanacaqdır. Həm Türkiyə daxilində, həm də Türkiyə xaricində. Son hadisələr ABŞ-ın daha diqqətlə davranmasına, bölgədə PYD dövlətinin təməlini atmaqla birlikdə, problemin həlli əsnasında bir federasiyanın yox, yerli muxtariyyətin gündəmə çıxarmasına gətirib çıxara bilər”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA