Camal Qaşıqçıdan sonra daha bir səudiyyəli jurnalist öldürüldü

Camal Qaşıqçıdan sonra daha bir səudiyyəli jurnalist öldürüldü

İstanbuldakı Baş Konsulluqda səudiyyəli jurnalist Camal Qaşıqçının qətlə yetirilməsindən 1 ay sonra daha bir jurnalist öldürülüb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, daha bir Səudiyyə Ərəbistanlı jurnalistin öldürüldüyü iddia edilib.

Bu barədə "The Khaleej" saytı insan haqları aktivistlərindən aldıqları məlumatlara əsaslanaraq məlumat yayıb

Xatırladaq ki, Camal Qaşıqçı oktyabrın 2-də evlilik proseduru üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və daha sonra ondan xəbər olmayıb. Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalistin konsulluq binasında qətlə yetirildiyini təsdiqləyib. İstanbul Respublika Baş Prokurorluğu Qaşıqçının cəsədinin parçalandığı və məhv edildiyini bildirib.

Hadisə ilə bağlı istintaq davam edir.

Camal Qaşıqçıdan sonra daha bir səudiyyəli jurnalist öldürüldü

Loading...

QALEREYA