CANLI YAYIMDA DİLİNDƏN QAÇIRDI: "MƏQSƏDİMİZ RUSİYA İLƏ TÜRKİYƏNİ..."

CANLI YAYIMDA DİLİNDƏN QAÇIRDI: "MƏQSƏDİMİZ RUSİYA İLƏ TÜRKİYƏNİ..."

Makron: “Türklərlə rusları ayırmağı bacardıq”

Hurriyyet.org xəbər verir ki, ABŞ və İngiltərə ilə birlikdə Suriyanı bombalayan Fransa hücumun hədəfinin Türkiyə-Rusiya-İran ittifaqı olduğunu açıq şəkildə bildirib. BFMTV kanalına müsahibə verən Fransa prezidenti Emmanuel Makron deyib: “ Suriayada hərbi əməliyyatı uğurla tamamladıq, kimyəvi silah istehsal edən 3 mərkəzi hədəfə aldıq. Bir mərkəz ABŞ və İngiltərə, biri ABŞ, üçüncüsü isə Fransa qüvvələri tərəfindən vuruldu. Əsəd rejiminin kimyəvi silahları yox edildi.

Rusiya Suriyada kimyəvi silahdan istifadədə Əsədin cinayətkar ortağıdır.

Biz bu əməliyyat ilə türklərlə rusları ayırmağı bacardıq. Türklər kimyəvi hücumu qınadılar və ardından əməliyyatı dəstəklədiklərini bildirdilər”.

Makron həm də Türkiyədə Ərdoğan, Putin və Ruhani ilə görüşmək üçün cəhd edəcəyini də bildirib: “Əgər Şərqi Qutadakı kimyəvi hücum və sonrakı hadisələr olmasaydı mən Türkiyəyə gedib Ərdoğan, Putin və Ruhani ilə görüşməyi planlaşdırırdım. Bu görüşün baş tutması üçün yenidən cəhd edəcəyəm”.

Makron Suriyadan çıxmağı qərara almış ABŞ-ın bu ölkədə qalmağa razı saldığını da iddia edib.

Hurriyyet.org

Loading...

QALEREYA