Canlı yayında iqtidar-müxalifət dartışması: Elman Nəsirovla Sərdar Cəlaloğlu qarşı-qarşıya

Canlı yayında iqtidar-müxalifət dartışması: Elman Nəsirovla Sərdar Cəlaloğlu qarşı-qarşıya

Musavat.com saytının Facebook səhifəsindəki canlı yayınında bu dəfə deputat Elman Nəsirovla Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qarşı-qarşıya gəlib. Debatda Azərbaycan Xalq Hərəkatı ətrafında yaranan fikir ayrılıqları, son aylar müxalifətin fəallaşması, müxalifətin mitinqlərinə icazə verilməməsi kimi mövzular və müxalifət cəbhəsindən iqtidara yönəlmiş ittihamlar müzakirə olunur. Söhbət zamanı eyni zamanda iqtidarın uğurlarının, müsbət addımlarının müxalifət tərəfindən qəbul edilməməsi, bunun səbəblərinə də toxunuruq.

Bu gün saat 12.00-də başlanacaq verilişə siz də öz mövqe və suallarınızla qatılın, mövzunun detalları ilə tanış olun.

Bir saat boyunca davam edəcək canlı yayın zamanı saytımızın və Facebook səhifəmizin izləyiciləri də müzakirələrdə aktiv iştirak edə bilərlər.

Facebook səhifəmizin ünvanı:https://www.facebook.com/NewMusavat/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA