CAR-da kilsə çökdü: azı 13 nəfər həlak olub

  • 2019-04-19 13:15:04
  • |
  • Dünya /

CAR-da kilsə çökdü: azı 13 nəfər həlak olub

Cənubi Afrika Respublikasında pasxa mərasimi zamanı kilsənin bir hissəsinin çökməsi nəticəsində azı 13 nəfər həlak olub.

News24 portalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, hadisə aprelin 19-na keçən gecə ölkənin şimalındakı Kvazulu-Natal vilayətində baş verib. Dağıntıya regionda sürəkli leysan yağışlarının səbəb olduğu ehtimal edilir.

İnsident nəticəsində, həmçinin azı 16 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir./azertac/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA