Casusluqda ittiham edilən ADNAN OKTARIN İSRAİL İLƏ ƏLAQƏSİ ÜZƏ ÇIXDI

  • 2018-07-11 12:01:36
  • |
  • Region /

Casusluqda ittiham edilən ADNAN OKTARIN İSRAİL İLƏ ƏLAQƏSİ ÜZƏ ÇIXDI

Hurriyyet.org xəbər verir ki, Türkiyədə yaxalanan Adnan Oktarın MOSSAD-la əlaqəsinin üzə çıxdığı barəsində xəbərlər dərc edilib.

Səhər saatlarında Adnan Oktarın rəhbəri olduğu cinayət şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Təşkilatın üzvü olan 235 nəfər barəsində həbs qəti imkan tədbiri barəsində əmr verilib. Bir çox cinayətlərdə ittiham edilən Adnan Oktar qapısında polisləri görüncə şəxsi avtomobili ilə Sarıyer məntəqəsinə qədər qaçıb və sonda yaxalanıb. Beynəlxalq casusluqda da ittiham edilən Oktarın Türkiyəyə məxsus gizli məlumatları İsrail kəşfiyyatı MOSSAD-a göndərdyi iddia edilir.

Adnan Oktar mütəşəkkil cinayətkarlıqlda, beynəlxalq casusluqda, uşaqlara təcavüzdə, uşaqlara qarşı zorakılıq, iftira, dinə inamdan sui-istifadə, rüşvət və icazəsiz silah saxlamaqda ittiham edilir. Kütləvi həbs əməliyyatı havadan da dəstəklənib. Çengelköydəki evinə hücum olan Adnan Oktar və mühafizəçiləri əmniyyət qüvvələrinə müqavimət göstəriblər və polis tərəfindən güc tətbiq edilərək tutulublar.

Əməliyyatda çirkin detallar

Aralarında yaşları 11 ilə 40 arasında dəyişən 20 nəfərdən artıq qadının və balaca qızların istismar edilməsi ittihamı ilə zərərçəkən qismində Oktar və ətrafından şikayətçi olduqları bəlli olub. Həbs edilənlərin 106 nəfərinin qadın olduğu barəsində məlumat verilib.

Oktar və əlaltıları hərbi casusluq eləməkdə, Türkiyəyə dair gizli sənəd və məlumatları İsrailin MOSSAD kəşfiyyat xidmətinə ötürməkdə ittiham edilirlər.

Hurriyyet.org

Loading...

QALEREYA