Cavid Qurbanovun açıqlaması - VİDEO

  • 2018-03-19 21:11:19
  • |
  • Sosial /

Cavid Qurbanovun açıqlaması - VİDEO

Bakıətrafı dəmiryol xəttinin inşa edilərək istifadəyə verilməsi 4 ilə başa gələcək. İlkin mərhələdə 25-30 min, sonra isə daha çox insanın bu şəbəkədən istifadə etməsi proqnozlaşdırılır. Bu barədə açıqlama verən Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov avropadan ilk yük qatarının Bakıya gəliş tarixini də açıqlayıb.

Bakıətrafı dəmiryol xəttinin çəkilməsi və tam istismara verilməsi ən az 4 il vaxt aparacaq. Xətt boyunca isə 23-26 yeni stansiyanın inşa edilməsi planlaşdırılır. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov deyib. O, bir sıra stansiyaların kənarında böyük avtobus dayanacaqlarının yaradılacağını da açıqlayıb.

Yeni xətlərdə Avropadan gətirilən ən müasir sərnişin qatarlarından istifadə olunacağını deyən Cavid Qurbanov Bakıətrafı dəmiryol şəbəkəsinin əhatə edəcəyi ərazi barədə də açıqlama verib.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar cəmiyyətinin sədri Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə çoxsaylı ölkələrin böyük maraq göstərdiyini və artıq gələn ay Avropadan şərqə gedəcək ilk qatarın Bakıya gələcəyini də vurğulayıb. Onun sözlərinə görə, yeni dəmiryol xətti ilə yüklərin daşınması ucuz başa gəldiyindən indi hər kəs bu yoldan istifadə eləməyə üstünlük verir.

Cavid Qurbanov Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində də İranda böyük işlər gördüyünü və yük terminallarının inşasının qısa zamanda tamamlanaraq istifadəyə veriləcəyini bildirib. O, bu yolla bir sıra ölkələrin Avropaya daşınan yüklərinin daha qısa yolla və az vəsaitlə həyata keçirilə biləcəyini deyib.

Loading...

QALEREYA