Cavid Qurbanovun çempionatında rəzalət - Oyun hakimsiz keçirildi

  • 2019-03-07 17:32:47
  • |
  • İdman /

Cavid Qurbanovun çempionatında rəzalət - Oyun hakimsiz keçirildi

Azərbaycan voleybolunda biabırçı hadisə baş verib.

Hurriyyet.org yenicag.az-a istinadən xəbər verir ki, ölkə çempionatı çərçivəsində keçirilən “Lokomotiv” – U-19 matçı peşəkar hakimlər olmadan keçirilib.

Belə ki, hakimlər maaşlarını ala bilmədikləri üçün çempionatı boykot ediblər. Bu səbəbdən qarşılaşmanı “Lokomotiv”in məşqçisi idarə edib. Oyunun xətt hakimləri isə ümumiyyətlə olmayıb.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. O, bu posta 2016-cı ilin oktyabrında seçilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA