CƏBHƏDƏN ACI XƏBƏR: ƏSGƏRİMİZ ŞƏHİD OLDU

  • 2018-07-21 14:05:25
  • |

CƏBHƏDƏN ACI XƏBƏR: ƏSGƏRİMİZ ŞƏHİD OLDU

Azərbaycan Ordusunun əsgəri şəhid olub.

Hurriyyet.org Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Alışov Səməd Anar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Allah rəhmət eləsin!

Loading...

QALEREYA