Cəbhədə xidmət edən əsgərlərlə bağlı yeni TƏKLİF

  • 2019-03-01 11:02:48
  • |
  • Ölkə /

Cəbhədə xidmət edən əsgərlərlə bağlı yeni TƏKLİF

Düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən müddətli hərbi xidmət xidmət qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyətin verilməsi təklif edilir.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2018-ci ilin illik məruzəsində qeyd edilib.

Sənəddə göstərilib ki, düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən hərbi qulluqçular üçün xüsusi fərqləndirici (həvəsləndirici) döş nişanlarının təsis olunması, habelə həmin mövqelərdə xidmət edən müddətli hərbi xidmət xidmət qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyət müəyyən edilsin.

Ombudsmanın 2018-ci ilin illik məruzəsi Milli Məclisin martın 5-də keçiriləcək iclasında müzakirə ediləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA