Cəbhədəki monitorinq insidentsiz başa çatdı

  • 2019-05-14 12:55:27
  • |
  • Aktual /

Cəbhədəki monitorinq insidentsiz başa çatdı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 14-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitortinq keçirilib.

Bu haqda Müdafiə Nazirliyindən bildirilib. Monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçiriblər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA