Cənub bölgəsində zəlzələ oldu - YENİLƏNİB

Cənub bölgəsində zəlzələ oldu - YENİLƏNİB

Bu gün Lerik rayonunda zəlzələ baş verib. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkan yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə qeydə alınıb.

Zəlzələ episentrdə 4 bala yaxın, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

*** 18:02

Bu gün günorta saatlarında Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, yeraltı təkan Yardımlı, Lerik və Masallı rayonlarında hiss olunub.

Yerli mütəxəssislərin verdiyi məlumata görə, zəlzələ, əsasən, Yardımlı rayonunda, təqribən, 3 bal gücündə qeydə alınıb və yerli sakinlər tərəfindən hiss olunub.

Zəlzələ nəticəsində Dağıntılar və hər hansı ziyan qeydə alınmayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA