Cənubda güclü külək - "Azərişıq" hərəkətə keçdi

Cənubda güclü külək - "Azərişıq" hərəkətə keçdi

Cənub bölgəsində güclü külək başlayıb.

Bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda əsasən Cəlilabadda və Biləsuvarda güclü külək müşahidə edilir: ""Azərişıq" ASC-nin əlaqədar qurumları elektrik enerjisində fasilələr yaranmamaq üçün qabaqlayıcı tədbirlər görülür".

T.Mustafayev bildirib ki, hazırda 199 Çağrı Mərkəzi 24 saat xidmət göstərir: "Fərdi qaydada belə problem olarsa, əməkdaşlar operativ aradan qaldırmağa hazırdır. Əlavə mal-material, maşın mexanizmlər hazırlığı görülüb". \\Teleqraf.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz