CHP-dən HDP-nin dəstəyinə cavab addımı – HDP-dən olan terrorçu, keçmiş məhbus şöbə müdiri təyin edildi

  • 2019-05-15 16:48:20
  • |
  • Region /

CHP-dən HDP-nin dəstəyinə cavab addımı – HDP-dən olan terrorçu, keçmiş məhbus şöbə müdiri təyin edildi

Hurriyyet.org xəbər verir ki, həm də PKK-nı dəstəkləyən HDP-nin dəstəyi ilə Türkiyənin Mersin vilayətində seçkilərdə qələbə çalan CHP seçki borcunu bələdiyyə kürsüləri ilə ödəməyə başalayıb. Mersinde rəhbərliyi MHP-dən təhvil alan CHP üzvü Vahap Seçer vəzifə başına keçən kimi, HDP üzvü olan Bedrettin Gendeşi Mersin Böyük Şəhər Bələdiyyəsinin Strateji İnkişaf Şöbəsinin müdiri təyin edib.

Terrora görə həbsdə olub

“Yeni Şafak” nəşrinin yazdığına görə, Gündeşin keçmişi olduqca mübahisəlidir. 1980-ci illərdə THKO adlı solçu terror təşkilatının üzvü olduğu üçün 4 il 6 ay həbsdə olub. 2009-cu il martın 29-da yerli seçkilər zamanı Akdeniz rayonunda terror təşkilatının siyasi şaxəsi olan DTP üzvü olan bələdiyyə başçısı Mehmet Fazıl Türkün müavini olub. Terrorla əlaqədar olduğu şübhəsi ilə dövlət tərəfindən bağladılan NAR-DER təşkilatının da sədri olub.

Gündeş 2014-cü ildə keçirilən yerli seçkilərdə Selahettin Demirtaşı təbliğ edib. HDP-nin keçmiş həmsədri olan Demirtaş isə hazırda “Terror təşkilatının təbliği” cinayəti ilə bağlı həbs eidilib. Gündeş BDP-nin keçirdiyi, terror təşkilatının “bayraqlarının” və qatil, erməni əsilli terror rəhbəri Abdullah Öcalanın posterlərinin qaldırıldığı mitinqlərdə iştirak edib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA