CHP: “MÖHTƏRƏM Dəmirtaşın dəstəyini gözləyirik”

  • 2019-05-23 16:15:01
  • |
  • Region /

CHP: “MÖHTƏRƏM Dəmirtaşın dəstəyini gözləyirik”

Hurriyyet.org xəbər verir ki, 23 iyun İstanbul bələdiyyəsi seçkilərində kürd seçicilərin səslərinin həlledici olduğunu bildirən CHP üzvləri HDP-nin səslərini almağa çalışırlar.

CHP-nin İstanbul bələdiyyəsi sədrliyinə namizədi Əkrəm İmamoğlu dünən “Hər şey çox gözəl olacaq” və “İmamoğlu varsa, ümid var” şüarları ilə seçki kampaniyasına başlayıb.

CHP-nin seçki kampaniyası iclasında çıxış edən CHP istanbul millət vəkili Gürsel Tekin PKK terror təşkilatı ilə əlaqəsinə görə həbsdə olan keçmiş HDP həmsədri Səlahəddin Dəmirtaş barəsində belə deyib: “Çox ehtimal ki, möhtərəm Dəmirtaşın 23 iyun seçkiləri ilə bağlı mesajı olacaqdır. Mən bu mesajın ötən dəfəki yerli seçkilərdə verdiyi mesaja bənzər olacağı fikrindəyəm”.

Tekin “Dəmirtaşdan dəstək gözləyirsinizmi” sualının cavabında “Qəti şəkildə gözləyirik” deyə mövqeyini bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA