“CHP qalib gəlsə, İmralının yolu açılar” - HDP həmsədri Temelli

  • 2019-05-16 16:22:11
  • |
  • Region /

“CHP qalib gəlsə, İmralının yolu açılar” - HDP həmsədri Temelli

Hurriyyet.org xəbər verir ki, Kamal Kılıçdaroğlunun inkar eləməsinə rəğmən, PKK terror təşkilatının siyasi şaxəsi olan HDP partiyası hər zaman CHP ilə üstüörtülü ittifaq yaratdıqlarını bildirir. 23 iyun tarixində İstanbulda keçiriləcək təkrar seçkilərdə Ekrem İmamoğlu üçün səs istəyən HDP həmsədri Sezai Temelli CHP-yə verilən səslərin hazırda həbsdə olan qatil Abdulla Öcalan üçün azadlıq yolunu açacağını bildirib.

Qeyd edək ki, İmamoğlu seçkilərdən sonra Bərzani ailəsinə yaxın “Rudav” televiziyasına müsahibəsində Səlahəddin Dəmirtaşın apardığı siyasət barəsində “çox bəyənirəm” deyə açıqlama vermişdi. O, “Rudav” müxbirinin “Seçkilərdən əvvəl Səlahəddin Dəmirtaşın bir “tvit” paylaşdığı və beləliklə kürd seçicilərinin səslərini sizə yönəltdiyi bildirilir. Bunu eşitdikdə nə hiss elədiniz?” sualına belə cavab verib: “Cənab Dəmirtaşın siyasətdə fəal olduğu dövrdə apardığı siyasi xətti bəyənənlərdən biriyəm. Həqiqətən də sülhsevər, uzlaşmaya gedən və qlobal dəyərləri irəli çıxaran siyasi xətti var idi. Bu da mənə çox xoş təsir bağışladı. Hətta bunun Türkiyə üçün bir fürsət ola bilcəyini və bir çox divarı yıxa biləcəyini də dilə gətirdim. Bu gün də eyni fikirdəyəm. Belə siyasi xətti olan bir insanın mənim barəmdə müsbət fikir söyləməsindən məmnunam”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA