Cihadçılar Putinin planını pozublar: Moskva qanlı döyüşlər gedən Suriyadan qoşunları çıxarmağı unutmalı olacaq - ARAŞDIRMA

Cihadçılar Putinin planını pozublar: Moskva qanlı döyüşlər gedən Suriyadan qoşunları çıxarmağı unutmalı olacaq - ARAŞDIRMA

Aleksandr Şarkovski

Nezavisimaya gazeta,  01.12.2017

RF Təhlükəsizlik Şurası katibi Nikolay Patruşev bildirib ki, Rusiya hərbi qruplaşmasının bir qisminin Suriyadan çıxarılmasına hazırlıq gedir. SƏR-də hökumət qoşunlarıyla islamçılar, həmçinin silahlı müxalifətin müxtəlif qrupları arasında gərgin döyüşlər gedir.

Təhlükəsizlik Şurası katibi Nikolay Patruşev dünən RF hərbi-siyasi rəhbərliyinin qoşunların bir hissəsinin Suriyadan çıxarmaq niyyəti  haqda İnterfax-ın müxbirinin sualını cavablandırarkən deyib: “Ali baş komandan hərbi vəzifələr – bunlar isə lap az qalıb – başa çatarkən, əlbəttə, qərar qəbul edəcək və qruplaşma azaldılacaq”.

Sonra onun sözlərindən aydın olub ki, bu, “hazır olmaq dərəcəsi üzrə başlanacaq, buna hazırlıq gedir”. Əvvəllər buna bənzər, lakin daha ehtiyatlı tərzdə nəsə Rusiya SQ Baş qərargah rəisi Valeri Gerasimovun dilindən çıxıb. Ölkə prezidenti Vladimir Putin də Soçidə Bəşər Əsədlə görüş zamanı Suriyada müharibənin gözlənilən bitməsi haqda danışıb. RF Müdafiə Nazirliyinin (MN) məlumatına görə, hökumət gücləri hazırda Suriya ərazisinin 95%-ə nəzarət edirlər. Rusiya hərb idarəsi bu məlumatları verərkən hansı kriteriyalaır rəhbər tutduğu aydın deyil. Əslində, müxalifətin tutduğu geniş ərazilər Dəməşqə tabe deyil. Praktik olaraq bütün İdlib əyaləti və ölkənin mərkəzində, cənubundakı rayonlar Əsəd əleyhdarlarının əlindədir. Suriyanın şimalına kürdlər və Türkiyəyönlü birləşmələr nəzarət edir, ər-Rakkadan cənuba sağsahil zolağı və ölkənin bütün solsahil hissəsini Suriya Demokratik Qüvvələri ələ keçirib. Belə çıxır ki, hazırda ərazinin, təxminən, 60%-i rəsmi Dəməşqin hakimiyyəti altındadır.

Son hərbi məlumatlar istədiyimiz qədər nikbin deyil. Praktik olaraq bütün “təhlükəsizlik zonaları” atəşə çəmbərlənib. Hələb əyalətinin qərbində Əbu-Duhur aviabazası bölgəsində ordu və Xalq müdafiə dəstələri “Həyyat Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının mövqelərinə bəzi yerlərdə uğurla fəal hücum edir, bəzi yerlərdə əks-hücuma keçən rəqibin basqısı altında geri çəkilməyə məcbur olur.

İŞİD-in “yatmış özəkləri”nin döyüşçüləri qonşu İdlib əyalətində Həma əyalətinin şimali-şərq hissəsində mühasirəyə alınmış yoldaşlarına birləşməyə cəhd edib, amma pusquya düşüb və HTŞ cihadçıları tərəfindən məhv ediliblər.

Təll-Şutaib yüksəksliyi (Həma əyalətinin şimali-şərqi ) uğrunda hökumət qoşunlarının bölmələri və Azad Suriya Ordusunun (ASO) dəstələri arasında amansız döyüşlər gedir. Hökumət qüvvələri Hələb şəhərindən qərbdə Ramla yaxınlığında bir tərəfdən HTŞ dəstələrini, o biri yandan ASO bölmələrini sıxışdırırlar. Suriya ordusu Şərqi Qutada canlı qüvvə və texnika itkisinə məruz qalır və “Fəylah ər-Rəhman” partizanlarının öhdəsindən heç cür gələ bilmir. Ölkənin cənubunda “hamı hamıya qarşı” prinsipiylə savaş gedir – orada ASO-ya bağlı dəstələr, İŞİD döyüşçüləri və hökumət qoşunları bir-biriylə döyüşür. Təkcə ət-Tənaf bölgəsində nisbi sakitlikdir. Ölkənin şimalında kürd könüllü yığması Türkiyənin müdaxiləsinə hazırlıq görür.

Deyr-əz-Zor əyalətinin cənubundan ziddiyyətli məlumatlar gəlir. Hazırda orada xüsusən istidir. Əvvəllər ordunu, az qala, əl-Məyadinə doğru tələslik geri çəkilməyə vadar edən İŞİD dəstələrinin coşğun əks-hücumları haqda məlumat daxil olurdu. Son məlumatlara əsasən, hazırda Əbu-Kamal şəhərində İraqın “Hərəkəti-Hizbullah əl-Nucəba” şiə könüllü yığması dəstələriylə möhkəmləndirilən Suriya qoşunları İŞİD birləşmələriylə gərgin döyüşlər aparır. Məlumat var ki, iraqlılara general-mayor Qasım Süleymani (İranın “əl-Qüds” xüsusi xidmətinin başçısı) komandirlik edir. Ola bilsin, “Vaqner” qrupundan Rusiya könüllüləri dəstələri də bura atılıb.

Deyəsən, Moskvanın Rusiya hərbi iştirakının ixtisarı haqda planları yenə də unutmaq lazım gələcək. Amma burası da var ki, RF MN ixtisar haqda hələik bildirməyib. Hətta dünən KTMT ölkələri başçılarının Minsk görüşündə KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun fikri səslənib. O bu təşkilatın sülhməramlı kontingentlərinin Suriyada və dünyanın başqa bölgələrində durumun tənzimlənməsində istifadə imkanlarını istisna etməyib.

Tərcümə Strateq.az-ındır.  

  • Hamısı
  • Loading...

    QALEREYA