Cinsiyyət orqanı olmayan 29 yaşlı qadına bağırsağından cinsi orqan düzəltdilər - FOTOLAR

Cinsiyyət orqanı olmayan 29 yaşlı qadına bağırsağından cinsi orqan düzəltdilər - FOTOLAR

Gənc qadına bağırsaqdan cinsi orqan düzəltdilər.

Big.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Konyada baş verib. Belə ki, doğuşdan cinsi orqanı olmayan, tək böyrəyi isə rəhmində olan qadının üzərində ciddi əməliyyat keçiriblər.

Əvvəlcə 29 yaşlı qadının böyrəyi bətnindən uzaqlaşdırılaraq öz yerinə yerləşdirilib. Daha sonra isə ona öz yoğun bağırsağından cinsi orqan hazırlanıb.

Y.G adlı qadının dediklərinə görə yeniyetməlik dövründən başlayaraq mensturasiya dövrü yaşamadığı üçün həkimə müraciət edib. O zaman cinsiyyət orqanının olmadığını öyrənib. Daha sonra həyat yoldaşı ilə tanış olub və evlənmək istədiyi üçün yenidən həkimlərə müraciət edib.

Onun sözlərinə görə həyati risk olduğu üçün heç bir cərrah onun əməliyyatını öhdəsinə götürməyib. Əməliyyat olsan böyrəyin zədələnər və ayaqyolunu saxlaya blməzsən deyiblər. Ümidini üzən qadın evlənməkdən belə imtina edib.

Nəhayət internetlə tanış olduğu qadın xəstəlikləri və doğum cərrahı onu əməliyyat edəcəyini bildirib. Əməliyyat çətin olsa da uğurla həyata keçib. Qadına yoğun bağırsağından cinsiyyət orqanı hazırlayan həkim bildirib ki, hazırda hər şey qaydasındadır.